"Bank Respublika-nın nizamnamə kapitalını mövcud səhmdarları artıracaq" - YENİLƏNİB
“Rusiyada yaşayan azərbaycanlı milyader Fərhad Əhmədovun "Bank Respublika"nın səhmdarı olduğu barədə yayılan məlumat şaiyədir. Nizamnamə kapitalının 20 milyon manat artırılması bankın mövcud səhmdarlarının vəsaitləri hesabına təmin ediləcəkdir”.
Bu barədə “Marja”ya Bank Respublikadan bildirilib.
"Almanlar daxil, mövcud bütün səhmdarlar nizamnamə kapitalının artırılmasına qərar veriblər. Banka yeni səhmdar cəlb olunmur. Fərhad Əhmədovun "Bank-Respublika"nın səhmdarı olacağı barədə yayılan məlumat da şaiyədir. Kapital mövcud səhmdarların vəsaitləri hesabına artırılacaqdır".
Bankda ən böyük paya malik olan Quliyevlər ailəsinin rəhbərlikdən kənarlaşması isə, banka yeni menecmentin dəvət olunması ilə bağlıdır. Quliyevlər Bankın Müşahidə Şurasının üzvləri kimi fəaliyyətlərini davam etdirəcəklər.
XXX
Xəbər verdiyimiz kimi, 28 mart 2017-ci il tarixdə “Bank Respublika” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib və yığıncaqda nizamnamə kapitalının 20 milyon manat artırılması haqqında qərar yektilliklə qəbul edilib.
Həmçinin 28 mart 2017-ci il tarixdə “Bank Respublika” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağında Şakir Rəhimov bankın Müşahidə Şurasının yeni Sədri vəzifəsinə təyin edilib. O, Elçin Quliyevi əvəz edib. Qeyd edək ki, indiyədək Elçin Quliyev bankda ikinci ən böyük paya malik olan səhmdar idi.
Mətbuatda olan ən son məlumata görə, "Bank Respublika"nın səhmdarları Quliyev Natiq Saday oğlu (16,66%), Quliyev Elçin Saday oğlu (15,17%), Quliyeva Sevda Saday qızı (14,5%), Quliyev Saday Əsəd (14,36%), Quliyeva Mariya Heydər qızı (14,07%), "Deutsche Investitions-und Entwicklungsgesellschaft (DEG)" (16,67%), "Sparkassen International Development Trust" (8,33%) və digərləridir.
Ən böyük səhmdarın nümayəndəsinin bankda bir nömrəli vəzifədən uzaqlaşdırılması Bankda səhmdar paylarının dəyişəcəyinə işarə edir.
“Marja” xəbər verir ki, bank seltorunda gəzən söz-söhbətlərə görə, bankın səhmdar kapitalında DEG-in payı artacaq. Həmçinin banka yeni səhmdar cəlb edilir. Qeyri-rəsmi məlumata görə, həmin şəxs “AzNar” QSC-nin sahibi, Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Teymur oğlu Əhmədovdur.
Devalvasiyalardan sonra Azərbaycanın bir çox bankları kimi “Bank Respublika” ASC-nin də zərəri artmış və bu səbəbdən məcmu kapitalı aşağı düşmüşdür. Nəticədə bankın kapitalının artırılmasına ehtiyac yaranmışdı. Dünən “Bank Respublika”nın səhmdarları Bankın bazarda qalmaqda israrlı olduğunu nizamnamə kapitalının 20 milyon artırılması ilə nümayiş etdirdilər. Lakin diqqəti cəlb edən kapitalda ən böyük paya malik olan Quliyevlər ailəsinin Bankın rəhbərliyindən kənarlaşmasıdır. Bu, Quliyevlər ailəsininn yeni 20 milyon manatlıq kapital artırımında iştirak etməyəcəyinə, artırımın əsasən yeni səhmdar tərəfindən həyata keçiriləcəyinə işarədir.
Qeyd edək ki, “SƏBA” ASC də Quliyevlər ailəsinin nəzarətindədir. Natiq Quliyev “SƏBA” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
11 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
11 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib




















