"Maye qaz kimya sənayesindəki sıçrayışa görə qıtlaşıb; qiyməti də bizdən asılı deyil"
SOCAR maye qazının və yaxud da LPG-nin qiymətini tənzimləyə bilməz, çünkü SOCAR onun sadəcə istehsalçılarından biridir.
Bunu hazırda Bakı şəhərinin maye qazı satılan yanacaqdoldurma məntəqələrində müşahidə edilən avtomobil sıxlığı ilə əlaqədar sualını cavablandırarkən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
İ.Əhmədov bildirib ki, respublikada maye qaz kimi tanınan məhsul bəzən təbii qazla səhv salınır: "Əslində təbii qaz və maye qaz təmamilə fərqli olan məhsullardır. Maye qazına LPG-də deyilir. Bunun əsl adı mayeləşdirilmiş neft qazıdır, yəni təbii qazdan fərqli olaraq maye qazı neft emalının məhsuludur, neftdən əldə olunur, təbii qazdan əldə olunmur. Təbii qazdan əldə olunan isə satışda digər yanacaq növü var ki, onun adı CNG-dir və yaxud da sıxlaşdırılmış təbii qazdır və bildiyiniz kimi, sıxlaşdırılmış təbii qazın qiymətində hər hansı bir dəyişiklik yoxdur. Daha əvvəl 45 qəpiyə satılırdısa, bu gün də 45 qəpiyə satılır. Lakin LPG artıq 45 qəpiyə deyil, bir çox yanacaq doldurulma məntəqələrində onun qiyməti bir qədər artırılmışdır. Və bunun qiymətini SOCAR tənzimləmir. Onu da qeyd edim ki, SOCAR maye qazının və yaxud da LPG-nin qiymətini tənzimləyə bilməz, çünki SOCAR onun sadəcə istehsalçılarından biridir. Həmin məhsulun üzərində bizim hər hansısa bir inhisarımız yoxdur, məhsulun SOCAR-dan və digər şirkətlərdən almaq hüququna malik olan təhcizatçı şirkət onu ölkəyə həm də xaricdən idxal edir və xaricdən idxal etməyə başlandıqdan sonra görünür ki, məhsulun maya dəyəri də artmışdır. Bəs məhsulun xaricdən idxal olunmasına zərurət hardan yarandı? Bu da yəqinki aydın idi, artıq son aylarda biz gördük ki, maye qazı və ya LPG-nin təchizatında bir az qıtlıq yaranmağa başladı. Bu qıtlığın səbəbi bu idi ki, LPG-nin istehsalı əvvəlki səviyyədə qalsa da ona olan tələbat artmışdır. Sırf tələbat artımı ilə bağlı olan bu qıtlıq buradan qaynaqlanırdı ki, LPG daha çox kimya sənayesində istifadə olunur. Bu kimya sənayesinin əsas xammallarından biridir. Və həm də onun qalıq həcmləri keçmişdə yanacaq kimi də bazara çıxarılırdı. İndi isə kimya sənayesində sıçrayış, artım olduğuna görə, kimya sənayesində bu məhsula olan tələbat artmışdır və buna görə yanacaq bazarında LPG azalmağa başladı. Onu xaricdən idxal etməyə zərurət yarandı və həm də Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan son dövr təmir işləri müddətində həmin qıtlıq bir qədər də artmışdır, kəskinləşmişdir. Nəticədə görünür ki, təhcizatçı şirkət bunu xaricdən idxal etməyə başlayıb və hazırda onun bu məhsulu satdığı bazarda qiymət hamı üçün eynidir, həm də SOCAR yanacaq doldurma məntəqələri üçün də eynidir".
İ.Əhmədov əlavə edib ki, SOCAR-ın hər hansı bir üstünlüyü və yaxud da fərqli mərağı yoxdur: "Bunu bir daha qeyd edim ki, CNG və yaxud da sıxlaşdırlmış təbii qaz hansı ki, buna alternativ olan yanacaq növü ola bilər, bir çox istehlakçılar üçün bu məhsulun satışında hər hansı bir dəyişiklik, onun qiymətində hər hansı bir dəyişiklik gözlənilmir. Həmin məhsula qıtlıq da yaranmayacaq, çünkü maye qazı və ya LPG kimi tanınan məhsulun istehsalı neft, neftin emalına bağlıdırsa, CNG və ya sıxlaşdırılmış təbii qazın istehsalı neftin emalına bağlı deyil. Bu sadəcə evlərimizdə istifadə etdiyimiz təbii qazdır ki, həm də birbaşa borular vasitəsi ilə yanacaqdoldurma məntəqələrinə ötürülür və orada sıxlaşdırılaraq avtomobillərə vurulur. Onun yanacaq kimi effektivliyi də maye qazından daha yüksəkdir və daha da təhlükəsizdir. Buna görə biz onu hələ ötən ildən etibarən bazara daxil etmişik.
Əslində maye qazının tələbatının tənzimlənməsi bizim əlimizdə, yəni SOCAR olaraq bizim əlimizdə olmasa da, bunun qıtlığını nəzərə alaraq biz istehlakçının maksimum məmnunluğuna nail olmaq üçün öz töhfəmizi də verməyə çalışırıq və görürük ki, bu qıtlıq hələ yaranmazdan əvvəl, yəni LPG-nin satışında olan qıtlıq yaranmazdan əvvəl bizim yerli istehlakçıların böyük hissəsi artıq CNG-yə böyük maraq göstərməyə başlayıb. Sıxlaşdırılmış təbii qazın satışı ötən ildən etibarən sürətlə artmaqdadır, bu isə əsasən həmin məhsulun üstünlükləri ilə bağlıdır. Qeyd etdiyim kimi, onun qiyməti 45 qəpikdir və olduğu kimidə qalacaqdır".
© Trend
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
- 10 d. əvvəl
-
23 d. əvvəl
Rusiyanın qızıl ehtiyatları son 6,5 ilin ən aşağı səviyyəsinə düşüb
-
8 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
8 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
8 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
8 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Rusiyanın qızıl ehtiyatları son 6,5 ilin ən aşağı səviyyəsinə düşüb
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Ən çox oxunanlar
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür










.jpg)











