"Qızıl və gümüş satışından 400 milyon manat cəlb edilib"
Azərbaycanda 2017-ci ildən etibarən, 3 il ərzində, 173 min unsiyadan çox qızıl və 290 min unsiya həcmində gümüşün satışından, ümumilikdə, ölkə iqtisadiyyatına 399,3 mln. manat həcmində vəsait cəlb edilib.
Bunu "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: Problemlər və imkanlar" mövzusunda Bakıda keçirilən sahibkarlara görüşdə çıxış edən "AzerGold" QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov deyib.
Onun sözlərinə görə, bu əməliyyatlar nəticəsində ölkə büdcəsində 30,6 mln. manatdan artıq vergi və rüsumlar ödənilib (bundan 3,8 mln. manat Dövlət Sosial Müdafiə Fonduna, 26,8 mln. manat isə vergi şəklində ödənilib).
"Qeyd edim ki, hasil edilən qiymətli metalların beynəlxalq bazarlarda reallaşdırılması ilə yanaşı, hazırda Azərbaycan Respublikasının Dövlət Neft Fondu, “Azərsuvenir” MMC və bir sıra digər qurumlarla qızıl və gümüş təminatı istiqamətində də işlər aparılır", - deyə Z. İbrahimov qeyd edib.
O həmçinin əlavə edib ki, Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsində hasil edilən qızıl və gümüşdən 5, 10 və 20 qramlıq 999.9 əyarlı yüksək keyfiyyətli külçə və sikkələr istehsal edilmişdir və hazırda şəhərin 12 müxtəlif nöqtəsində, həmçinin onlayn platforma üzərindən satışı həyata keçirilməkdədir.
"Məhsullarımız müvafiq keyfiyyət sertifikatı ilə təmin edilir ki, bu da alıcıların hüquqlarının Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin olmaması fonunda etibarlı təminatı kimi çıxış edir. Lakin məmulatlarımızın Azərbaycan mənşəli xammaldan istehsal olunduğuna görə xammal üzrə gömrük rüsumu ödənilməsə belə, təəssüflə qeyd etməliyəm ki, hazırda bazarda mövcud oxşar tipli məhsulların qiyməti bizim məhsullardan nəzərəçarpacaq dərəcədə aşağıdır. Bənzər kateqoriyadan olan idxal məhsullarının daha ucuz qiymətlə bazarda təklif edilməsinin əsas iki səbəbi ola bilər: Bazar iştirakçılarının məhsulları alternativ yollarla (yəni qaçaqmalçılıq, vergilərdən yayınma və s.) satışa çıxarması və müvafiq nəzarət orqanının mövcud olmamasından istifadə edərək göstəriləndən daha az əyarlı məhsulları alıcılara təqdim etməsi", - deyə Z. İbrahimov qeyd edib.
Z. İbrahimovun sözlərinə görə, “AzerGold” QSC isə fəaliyyətini tam şəffaf quraraq bütün növ vergi və rüsumları qanunvericiliyin tələblərinə uyğun ödəyir ki, bu da öz növbəsində digər aidiyyəti xərclərlə yanaşı, məhsulun maya dəyərinə nəzərəçarpacaq təsirini göstərmiş olur. Nəticədə yaranmış situasiya Azərbaycan kimi zəngin zərgərlik təcrübəsinə və tarixi ənənələrə malik olan bir ölkədə şəffaf çalışan qurumların rəqabətə davamlı fəaliyyət aparmasına müəyyən əngəllər yaradır.
"Məlumdur ki, Çin, Hindistan, İtaliya və Türkiyə kimi bu sahədə zəngin təcrübəyə malik ölkələrdə xammal qızıl, qiymətli daşlar və hazır məmulatların maya dəyərinə əlavələrin (ƏDV və digər rüsumlar daxil) təqribən 0-24% təşkil etdiyi halda, ölkəmizə idxal olunan xammal qızıl, qiymətli daşlar və məmulatlara maya dəyərinin əlavələri 46%-dək artır. Bundan başqa, qeyd etmək lazımdır ki, sadaladığım ölkələrdə qızıla aksiz vergisi tətbiq edilmir. Yerli bazarda satışa çıxarılan məhsulların bu həddə vergi və rüsumlar ilə yüklənməsi bazar iştirakçıları tərəfindən xammalı alternativ yollarla əldə edərək alternativ yollarla istehsal etməyə və eyni qaydada da satışa çıxarmağa sövq edir", - deyə QSC-nin rəhbəri bildirib.
O həmçinin əlavə olaraq bildirib ki, dünyada müasir və innovativ keyfiyyətə nəzarət mexanizmlərinin mövcud olmasına baxmayaraq, hazırda yerli zərgərlik sənayesinin dəyər zənciri üzrə keyfiyyətə nəzarət sistemlərinin yoxluğu iqtisadi itkilərlə yanaşı, bir sıra sosial problemlərə gətirib çıxara bilər. Bildiyiniz kimi, ötən ilədək bu nəzarət funksiyasının bir hissəsini Əyar Palatası icra edirdi, hazırda isə bu istiqamətdə vahid nəzarət mexanizmi yoxdur və bu fonda tədarükçülərin və alıcıların hüquqlarının pozulması riskləri artmaqdadır.
"Bütün bunlar nəzərə alınmaqla, qeyd etmək istəyirəm ki, bazar iştirakçılarının dünya birjalarına uyğun qiymətə dayanıqlı xammalla təchiz edilməsi həm bazarda şəffaflığın təminatına, həm də ixrac potensialının artırılmasına dəstək ola bilər. Eyni zamanda, bu sahədə çalışan həm idxalçılar, həm yerli istehsalatçılar üçün təşviq mexanizmlərinin və maliyyə alətlərinin əlçatanlığının təmin edilməsi, ümumilikdə bazarın daha da şəffaflaşmasına xidmət edə, ölkə iqtisadiyyatında zərgərlik sektorunun rolunu artıra bilər", - deyə Z. İbrahimov bildirib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
17 d. əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
19 d. əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 24 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
















