Gəncə şəhəri Avropa bankı ilə razılaşdı - ŞƏHƏR YENİLƏNƏCƏK
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Azərbaycan Gəncə şəhəri şəhər layihələrinin işlənib hazırlanmasına dair razılığa gəlib. Gəncə şəhəri AYİB Yaşıl Şəhərlər proqramına qoşulur.
"Gəncə şəhəri və AYİB şəhərdə təkmilləşdirmələr ilə bağlı birgə fəaliyyətə dair razılığa gəlmişdirlər. Bank Azərbaycanın ikinci böyük şəhərində infrastrukturun yenilənməsi layihələrini maliyyələşdirməyə hazırdır Gəncə şəhəri AYİB-in Yaşıl Şəhərlər dayanıqlıq proqramına qoşulmaq niyyətindədir",- AYİB-dən Marja-ya bildirilib.
Azərbaycanın ikinci ən böyük şəhərində yaşayan 300 min nəfərdən çox əhali Gəncə şəhəri və AYİB arasında əməkdaşlıq çərçivəsində şəhər ərazisində aparılacaq təkmilləşdirmələrdən bəhrələnəcək.
Gəncə şəhərində infrastrukturun və yaşayışın yaxşılaşdırılması Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və AYİB-in birinci vitse-prezidenti Jurgen Rigterink arasında bu gün Bakıda keçirilən görüşün əsas mövzusu olub.
Azərbaycanın qərbində yerləşən Gəncə şəhərinin AYİB-in uğurlu şəhər dayanıqlılıq proqramına qoşulmaqda maraqlı olduğu qeyd edildib.
Proqramın tərkib hissəsi kimi, AYİB ətraf mühit problemlərinin aşkar edilməsi, prioritetləşdirilməsi və həlli üçün Yaşıl Şəhər üzrə Tədbirlər Planının işlənib hazırlanmasında Gəncə şəhərinə kömək edəcək. Bank həmçinin şəhərin küçə işıqlandırma sisteminin, şəhəri nəqliyyatı, su və çirkab su ilə bağlı xidmətlərin, bərk tullantıların idarə edilməsi, mərkəzi istilik sistemi və bərpa olunan enerji infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi ilə bağlı layihələri maliyyələşdirməyə hazırdır.
"AYİB Yaşıl Şəhərlər proqramı şəhərlərin öz sakinlərinin həyat keyfiyyətini yüksəltməyə kömək üçün əlçatan dəstəyi təklif etmək məqsədilə yaradılıb. Proqramda iştirak edən bütün şəhərlər öz yerli mühitini yaxşılaşdırmağı hədəfləyən ilk layihəni həyata keçirdikdən sonra, AYİB-in köməkliyi ilə öz ehtiyaclarına ən uyğun gələn növbəti investisiya və siyasət dəyişikliklərini müəyyən etmək üçün tədbirlər planı hazırlamağa başlayır.
Dünyada enerjinin 70 faizini istehlak edən və istixana qaz emissiyalarının 80 faizi payına düşən şəhərlər iqlim dəyişikliyi və ətraf mühitin məhvini dayandırmaq üçün böyük imkan vəd edir. Bu hal xüsusilə AYİB-in fəaliyyət göstərdiyi şəhərlər üçün xüsusilə aktualdır. Belə ki, bu şəhərlərdə köhnə şəhər infrastrukturları vətəndaşların həyat keyfiyyətini aşağı salr, istixana qaz emissiyalarını artırır və sakinlərin iqlim dəyişikliyinin şərtlərinə uyğunlaşmasına çətinlik yaradır",- məlumatda deyilir.
AYİB Azərbaycanda aparıcı institusional investorlardan biridir. İndiyədək AYİB Azərbaycanda 168 layihəyə 3,3 milyard avro investisiya qoyuluşu etmişdir. Bank həmçinin yerli kiçik və orta sahibkarlıq müəssisələrinə biznes məsləhət xidməti göstərir və mindən artıq şirkətin öz göstəricilərini yaxşılaşdıraraq inkişafına yardım etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
8 saat əvvəl
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər
-
- 9 saat əvvəl
-
12 saat əvvəl
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
13 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
14 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























