SOCAR AQŞ Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü - MƏBLƏĞ
SOCAR AQŞ Koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrinə tam dəstək olaraq bu istiqamətdə təşəbbüslərini davam etdirir.
SOCAR AQŞ Prezident İlham Əliyevin martın 19-da Koronavirus pandemiyasına qarşı mübarizənin gücləndirilməsi, dünya bazarlarında baş verən kəskin dalğalanmaların əhaliyə, makroiqtisadi sabitliyə, məşğulluq və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı imzaladığı fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,5 milyon manat məbləğində vəsait köçürüb.
SOCAR AQŞ-nin daxil olduğu NEQSOL Holding-in tərkibindəki şirkətlər tərəfindən bu vəsait də daxil olmaqla müvafiq Fonda ümumilikdə 5 milyon manat vəsait köçürülüb.
Bundan əlavə, SOCAR AQŞ əməkdaşları təşəbbüs göstərərək, koronavirusun yayılması ilə mübarizə məqsədilə xaricdən böyük miqdarda qoruyucu maskaların, teplovizorların, dezinfeksiya vasitələri və avadanlıqlarının, test dəstlərinin və süni tənəffüs aparatlarının alınıb gətirilərək müvafiq qurumlara təhvil verilməsi işini təşkil ediblər.
SOCAR AQŞ Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində beynəlxalq təcrübəni əsas tutaraq Dünya Səhiyyə Təşkilatı, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq Koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və bu xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə fevral ayından başlayaraq müəssisədə lazımi tədbirlər həyata keçirir. Belə ki, müəssisə rəhbərliyinin əmri ilə Koronovirus pandemiyasına qarşı görülən tədbirlərin gücləndirilməsi və icrasının nəzarətdə saxlanılması məqsədilə müəssisədə İşçi qrup yaradılmışdır.
Hazırda SOCAR AQŞ bütün iş sahələrində çalışan işçilərinin, onların ailə üzvlərinin, əməkdaşlıq etdiyi təsisatların, o cümlədən müştərilərinin, podratçılarının və subpodratçılarının sağlamlığının qorunması istiqamətində maarifləndirmə və qabaqlayıcı tədbirləri ardıcıl olaraq həyata keçirir. SOCAR AQŞ həmçinin yaşlı və xüsusi qayğıya ehtiyacı olan əməkdaşlarını və onların ailə üzvlərini belə çətin sınaqda tək qoymur, onların sosial təcridi və təminatı üçün bütün müvafiq tədbirləri xüsusi həssaslıqla həyata keçirir.
Belə ki, bütün iş sahələrində sanitar-epidemoloji vəziyyət ciddi nəzarət altındadır, bütün iş sahələrinə girişlərdə teplovizorlardan istifadə edilir, işçilərin hamısı qoruyucu maska ilə təmin olunub, bütün iş ərazilərində əllərin dezinfeksiyası üçün stansiyalar qoyulub, koronavirusa yoluxmamaq üçün maarifləndirici videotəlimatlar və posterlər hazırlanıb və kollektivin hər üzvünə çatdırılıb, müəssisənin istifadəsində olan bütün iş və məişət sahələrində müntəzəm olaraq müvafiq dezinfeksiya işləri aparılır. Effektiv əlaqələndirmənin təşkili üçün “Qaynar xətt” əlaqə mərkəzi yaradılıb, əməkdaşların iş yerlərinə təhlükəsiz şəraitdə çatdırılmaları üçün müvafiq nəqliyyat vasitələri təşkil edilib, xəstəliyin geniş vüsət almaması istiqamətində ofis işçiləri üçün evdən işləmə rejimi tətbiq olunub, istehsalat sahələrində də yeni iş rejimlərə keçid üçün addımlar atılıb və işçilərin xarici ölkələrə ezam olunması müvəqqəti olaraq dayandırılıb. Bütün daxili və kənar iclaslar müasir texnologiyaların tətbiqi vasitəsilə onlayn rejimdə həyata keçirilir.
Müxtəlif coğrafi nöqtələrdə çalışan istehsalat işçilərimiz və evdən işləyən ofis işçilərimiz arasında ünsiyyətin, birliyin və ruh yüksəkliyinin bu gərgin dövrdə daha da gücləndirilməsi üçün, SOCAR AQŞ korporativ onlayn radiosu fəaliyyətə başlamışdır.
İnsan Kapitalı bölməsi tərəfindən işçilərimizin inkişaf etdirilməsi üçün video təlimlər davam etdirilir. İnsan Kapitalı bölməsi həmçinin işçilərin və onların ailə üzvlərinin fiziki və psixoloji sağlamlığının qorunması üçün müxtəlif onlayn təşəbbüslər irəli sürür və tədbirlər həyata keçirir.
Qeyd edək ki, müəssisə əməkdaşları və onların ailə üzvləri arasında indiyədək koronavirusa yoluxma halı aşkar olunmayıb. Xəstəliklə mübarizəyə dair tədbirlər planının fasiləsiz icrası məqsədilə müəssisə daxilində yaradılan İşçi qrupu Novruz bayramı günlərində də öz fəaliyyətini onlayn rejimdə davam etdirərək, dövlət tərəfindən həyata keçirilən tədbirlər, müəyyən edilmiş qaydalar və verilən göstərişləri daim izləyir və tətbiqi üçün lazımi addımlar atır.
SOCAR AQŞ dünyada və ölkədə baş verən müvafiq mürəkkəb çağırışa cavab olaraq həyata keçirilən ümumdövlət və ümumxalq tədbirlərinə öz töhfəsini verir, üzərinə düşən missiyanı ləyaqətlə davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
-
4 saat sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
12 d. əvvəl
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
32 d. əvvəl
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
1 saat əvvəl
“Bank Avrasiya”nın xalis mənfəəti 30% azalıb– Maliyyə göstəriciləri açıqlandı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Expressbank"ın xalis mənfəəti 65%, depozit portfeli isə 19,5% artıb
-
1 saat əvvəl
"Azərbaycan Biznesinin İnkişafı Fondu" bu il 223 milyon manat güzəştli kredit ayırıb
-
2 saat əvvəl
Kartdan karta pul köçürmələri üzrə yeni xidmət haqları müəyyən edildi – 1 apreldən qüvvəyə minir
-
2 saat əvvəl
Mərkəzi Bank ödəniş sistemlərində tarifləri endirdi – Yeni xidmət haqları müəyyən edildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Unibank 9 aylıq maliyyə nəticələrini açıqladı
"Expressbank"ın xalis mənfəəti 65%, depozit portfeli isə 19,5% artıb
Ən çox oxunanlar
"Azərbaycan Biznesinin İnkişafı Fondu" bu il 223 milyon manat güzəştli kredit ayırıb
Kartdan karta pul köçürmələri üzrə yeni xidmət haqları müəyyən edildi – 1 apreldən qüvvəyə minir
Mərkəzi Bank ödəniş sistemlərində tarifləri endirdi – Yeni xidmət haqları müəyyən edildi
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi- 2 və 1.5 dəfə endirilib
“Geely” Avropada satış rekorduna imza atıb – Bir ayda 10 mindən çox avtomobil satılıb
Tramp Qrenlandiyada nəhəng neft, qaz və mineral ehtiyatlarının axtarışına başlanacağını elan etdi












.jpg)








