Ən çox bu ölkələrə qeyri-neft məhsulları satırıq
Azərbaycan 2017-ci ilin I rübündə 273 mln. 554 min ABŞ dolları həcmində qeyri-neft sektoruna aid mal ixrac edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 11,8% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında bildirilir.
“I rübdə qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya (72 mln.dollar), Türkiyə (68 mln.dollar), Gürcüstan (22 mln.dollar), Türkmənistan (12,5 mln.dollar), İsveçrə (11,5 mln.dollar), Çin (10 mln.dollar) və başqa ölkələr qərarlaşıb.
Hesabat dövründə Azərbaycandan 34 mln. 951,3 min dollar dəyərində meyvə və qoz-fındıq, 34 mln. 255,1 min dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar, 29 mln. 738,3 min dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 20 mln. 449,9 min dollar dəyərində tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumrular, 21 mln. 456 min dollar dəyərində pambıq ixrac olunub.
2016-cı ildə Azərbaycan qeyri-neft məhsullarının ixrac həcmini 16,4% - 1 mlrd. 237,1 mln.dollaradək azalmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 d. əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
Ən çox oxunanlar
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR

























