Maliyyə Nazirliyi investorlardan 27,7 milyon manat cəlb etdi
19 may 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105009788 ISIN-li, 20 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 19 investor tərəfindən qiyməti intervalı 88.0000 AZN (18.4441%) və 100.1754 AZN (10.9000%) olan 25 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN (11.0000%), orta ölçülmüş qiyməti 100.0157 (10.9910%) müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 62 milyon 349 min 800 manat, yerləşdirilmiş həcmi isə 20 milyon manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 17 may 2022-ci il.
Hərrac iştirakçıları 20 may 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
XXX
19 may 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104005779 ISIN-li, 7 milyon 660 min 700 manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 6 investor tərəfindən qiyməti intervalı 90.8921 AZN (10.4799%) və 92.4917 AZN (8.4899%) olan 6 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.4917 AZN (8.4899%), orta ölçülmüş qiyməti 92.4917 AZN (8.4899%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 19 milyon 491 min 200 manatŞ yerləşdirilmiş həcmi isə 7 milyon 660 min 700 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 4 may 2021-ci il.
Hərrac iştirakçıları 20 may 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
23 saat sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
22 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
4 d. əvvəl
Dövət bu zavodun yenidən qurulmasına 434 milyon manat ayıracaq
-
14 d. əvvəl
Ali Məhkəmə: Əmlakın könüllü rəsmiləşdirilməsi dələduzluq faktını istisna etmir
-
14 d. əvvəl
ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi
-
19 d. əvvəl
Dünyanın əyləncə nəhəngi minlərlə işçisini ixtisar edəcək – Xərclər 20%-dək azaldılacaq
-
21 d. əvvəl
Dövlət büdcəsində xüsusi müdafiə təyinatlı layihələrə ayrılacaq böyük məbləğ açıqlandı
-
23 d. əvvəl
2027-ci ildə də Qarabağa milyardlarla manat ayrılacaq – Məbləğ açıqlandı
- 27 d. əvvəl
-
28 d. əvvəl
Xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın əyləncə nəhəngi minlərlə işçisini ixtisar edəcək – Xərclər 20%-dək azaldılacaq
Dövlət büdcəsində xüsusi müdafiə təyinatlı layihələrə ayrılacaq böyük məbləğ açıqlandı
Ən çox oxunanlar
Dolların qiyməti 50 Türkiyə Lirəsini keçib
Xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir
İdman və mərc oyunları üzrə vergilərdən büdcəyə daxilolmalar 6 milyon manatdan çox artacaq
2031-ci ilə kimi neftin büdcə qiyməti 65 dollar proqnozlaşdırılır
“Ferrari”nin ilk elektrik avtomobili satışa çıxmamış tükəndi – 2027-ci il üçün bütün avtomobillər sifariş edilib

























