"Cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasına auditorlar da cəlb olunur"
"Son illərin hadisələri sübut etdi ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə aparmadan və belə halları ləğv etmədən iqtisadi islahatların həyata keçirilməsi və inkişafın sürətləndirilməsi mümkün olmur". Bu barədə Auditorlar Palatasının sədri Vahid Novruzovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.
Onun sözlərinə görə, istər qanunsuz yollarla əldə edilmiş pulların leqallaşdırılması, istərsə də onun törədicisi olan korrupsiya hər bir ölkənin iqtisadiyyatına böyük ziyan vurmaqla bərabər, əlverişli investisiya mühitinin formalaşmasına, xarici və daxili mənbələr hesabına investisiyaların cəlb edilməsinə, sahibkarlığın inkişafına ciddi əngəl törədir: "Dünya təcrübəsi göstərir ki, çirkli pulların yuyulması (istər ölkə daxilində, istərsə də xaricdə) və korrupsiyanın geniş yayılması ölkənin maliyyə bazarının dayanıqlığını sarsıdır. Eyni zamanda sübut olunmuşdur ki, qanunsuz yollarla əldə edilmiş pulların və əmlakın leqallaşdırılmasının mümkünlüyü maliyyə hesabatlılığının dürüstlüyündən birbaşa asılıdır. Başqa sözlə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasına qarşı mübarizədə maliyyə hesabatlarının düzgün tərtib edilməsi və onun obyektiv qiymətləndirilməsi, qanunsuz və şübhəli əməliyyatlara nəzarətin təmin edilməsi, maliyyə institutlarının fəaliyyətində zəruri şəffaflığın olması mühüm əhəmiyyət kəsb edir ki, bu işdə də auditin potensial rolu və əhəmiyyəti çox böyükdür. Beynəlxalq təcrübədə məhz müstəqil auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatlığının mövcudluğu qanunsuz yollarla əldə edilmiş pul vəsaitlərinin və əmlakın leqallaşdırılmasında və korrupsiyaya qarşı mübarizədə preventiv (qabaqlayıcı) xarakterli tədbir kimi dəyərləndirilir".
Palata sədri hesab edir ki, düzgün aparılmış auditin iqtisadi stabilliyin fundamenti kimi qiymətləndirildiyi bir halda, təəssüf ki, son 30 ildə dünyada baş vermiş hadisələr auditə ictimai etimadın azaldılmasına səbəb olub: "Dünyada baş verən proseslər belə bir faktı etiraf etməyə məcbur edir ki, audit maraqlı tərəfləri fırıldaqçılıqdan və dələduzluqdan qoruya bilməməklə yanaşı, həm də bu və digər şirkətin gələcək uğurlarına lazımi dərəcədə təminat yaratmır. Belə ki, baş verən iflas və ya bank-maliyyə qalmaqalları buna səbəb olan qurumların təmiz (müsbət) auditor rəyləri aldıqları bir şəraitdə baş verməsi üzə çıxır. Baş verən iqtisadi maliyyə böhranları onu da göstərdi ki, bir sıra hallarda korrupsiyanın yaranmasına və cinayət yolu ilə əldə edilmiş pulların və əmlakın leqallaşdırılmasına auditor xidməti göstərən şirkətlər və şəxslər də cəlb olunur. Başqa sözlə, bəzi vaxt auditorlardan və audit xidmətindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və əmlakın leqallaşdırılmasında bir vasitə kimi istifadə edirlər".
"Təəssüf ki, bizim bəzi üzvlərimiz tərəfindən müsbət rəy almış qurumlarda digər yoxlayıcılar tərəfindən ciddi maliyyə-mühasibat pozuntuları aşkarlanması hallarına da rast gəlinməkdədir. Bu isə yolverilməzdir və istər beynəlxalq audit standartlarının, istərsə də Peşə Etikası Məcəlləsinin tələblərinə tamamilə ziddir və auditor adı ilə bir araya sığmır", - deyə V. Novruzov bildirib.
© APA
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
5 saat əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 21 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























