Balaxanı yeni turizm məkanına çevrilir
Balaxanı qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və tuzim məkanına çevrilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi və "Bakı Abadlıq Xidməti" MMC birgə əməkdaşlıq edəcək.
İyulun 3-də KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin direktoru Fuad Nağıyev və "Bakı Abadlıq Xidməti" MMC-nın direktoru Binnət Əli Qasımov Balaxanıda aparılan abadlıq işləri, qəsəbənin turizm imkanları ilə tanış olub, əməkdaşlıq çərçivəsində görüləcək tədbirlərlə bağlı müzakirələr aparıblar.
Bu əməkdaşlıq çərçivəsində hər üç qurum Balaxanının yeni turizm məkanına çevrilməsi, turizm yönümlü sahibkarlığın təşviqi və yeni turizm obyektlərinin yaradılması, qəsəbənin daha da abadlaşdırılması istiqamətində səlahiyyətləri çərçivəsində səylərini birləşdirəcəklər.
Belə ki, Dövlət Turizm Agentliyi Balaxanının yeni turizm məkanı kimi tanıdılmasına, turizm marşrutuna salınmasına dəstək olacaq. KOBİA Balaxanıda turizm sahəsində yeni sahibkarlıq subyektlərinin, xüsusilə sənətkarlıq, xidmət və ticarət istiqamətlərində biznesin qurulmasını təşviq edəcək, bu sahədə biznes təşəbbüslərinin reallaşdırılmasına dəstək göstərəcək. “Bakı Abadlıq Xidməti” MMC isə Balaxanı qəsəbəsində həyata keçirilən abadlıq tədbirlərini daha da genişləndirəcək.
Eyni zamanda birgə əməkdaşlıq Balaxanı sakinləri arasında turizm yönümlü sahibkarlığın təşviqinə, məşğulluğa, eləcə də qəsəbənin tarixi abidələrinin tanıdılmasına və daha da abadlaşmasına öz töhfəsini verəcəkdir.
Qeyd edək ki, Balaxanı tarixi-mədəni abidələrlə zəngindir. Burada turizm yönümlü sahibkarlığın, xüsusilə sənətkarlıq üzrə xalçaçılıq, duluçuluq, milli geyimlərin hazırlanması, xidmət sektorunda kiçik iaşə obyektlərinin, hostellərin yaradılması, ticarət üzrə suvenir, keramik qablar, xalça, musiqi alətləri, şirniyyat satışı və s. sahələri təşviq etmək üçün imkanlar mövcuddur. Belə ki, Balaxanıda bu istiqamətlər üzrə 100-ə yaxın kiçik obyektin fəaliyyəti təşkil oluna bilər.
Balaxanının yeni turizm məkanına çevrilməsi istiqamətində fəaliyyətin səmərəli və sistemli təşkili üçün konseptual sənədin hazırlanması da təklif olunur.
Müştərilərin xəbərləri
Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 d. əvvəl
Dünya Bankı Qrupu Azərbaycana 100 milyon dollara yaxın özəl kapital cəlb edib
- 23 d. əvvəl
-
-
31 d. əvvəl
Azərbaycanın dövlət borcu 28,6 milyard manata çatacaq – İki ildə 2,6 milyard manat artım gözlənilir
- 39 d. əvvəl
-
48 d. əvvəl
Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb
-
53 d. əvvəl
Azərbaycanda neftin qiymətinin 65 dollardan aşağı düşməsi ehtimalı az qiymətləndirilir
-
1 saat əvvəl
Almaniyanın Çin ilə ticarət kəsiri rekord həddə çatır – 100 milyard avronu ötəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dizel qiymətlərini endirmək üçün fövqəladə qərar qəbul edildi
- 3 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI
Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Dizel qiymətlərini endirmək üçün fövqəladə qərar qəbul edildi
Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib





























