Maliyyə Nazirliyi 5 illik borc kağızını satışa çıxarır - FAİZ GƏLİRİ
1 sentyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Marja xəbər verir ki, hərraca tədavül müddəti 5 il və hər birinin nominal dəyəri 100 manat olan 100 min ədəd qiymətli kağız çıxarılacaqdır.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü | Faizli, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu | AZ0108001782 |
Emissiya həcmi | 10 000 000 manat |
Nominal dəyəri | 100 manat |
İstiqrazların tədavül müddəti | 1820 gün |
Faiz ödənişləri (olduqda) | 2 mart 2021-ci il, 31 avqust 2021-ci il, 1 1 mart 2022-ci il, 30 avqust 2022-ci il, 28 fevral 2023-cü il, 29 avqust 2023-cü il, 27 fevral 2024-cü il, 27 avqust 2024-cü il, 25 fevral 2025-ci il, 26 avqust 2025-ci il |
Faiz gəliri | 8,5 % |
Ödəmə tarixi | 26.08.2025 |
Anderrayter | Paşa Kapital İŞ QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Xatırlatmaq istərdik ki, 01.09.2020-ci il tarixində hərracı baş tutacaq AZ0108001782 ISIN kodlu qiymətli kağız üzrə faktiki (qalıq) tədavül müddəti 1820 gün təşkil edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
12 d. əvvəl
ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi
-
14 d. əvvəl
ABŞ seçkilərindən sonra səhmlər bahalaşacaq? – 44 ilin statistikası açıqlandı
- 28 d. əvvəl
-
35 d. əvvəl
“Coca-Cola Azərbaycan”ın da daxil olduğu şirkət maliyyə nəticələri açıqlayıb
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
PMD eksklüziv layihələrini AIREX 2026-da təqdim edəcək ®
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək






















