Azərbaycandakı investisiya şirkətlərinin məcmu xalis mənfəəti 15% artıb
2019-cu ildə Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 8 investisiya şirkətinin məcmu xalis mənfəəti 2,484 milyon manat təşkil edib.
Bu, 2018-ci illə müqayisədə 14,6% çoxdur.
İnvestisiya şirkətlərindən 2-si – “BTB Kapital” və “Plato Capital and Co.” ötən ili zərərlə başa vurub. Hesabat dövründə onların hər ikisinin zərəri azalıb. 2019-cu ildən mənfəətlə çıxmış qalan 6 maliyyə qurumundan isə 3-ü – “PAŞA Kapital”, “PSG Kapital” və “Unicapital” mənfəətini artırıb, qalanları isə azaldıb.
Ötən il investisiya şirkətlərinin vergiyəqədərki mənfəəti 3,236 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 17,3% çoxdur. Maliyyə qurumlarının ayrı-ayrılıqda vergiyəqədərki mənfəətlə bağlı vəziyyəti xalis mənfəətdə olduğu kimidir.
2019-cu ildə investisiya şirkətlərinin məcmu mənfəət vergisi ödəmələri isə 752 min manat təşkil edib. Bu da illik müqayisədə 27,1% çoxdur. Maliyyə qurumlarından biri – “BTB Kapital” 2018-ci ildə olduğu kimi yenə də mənfəət vergisi ödəmələrinə qənaət edib, amma bu göstəricini azaldıb. Qalan 7 investisiya şirkəti isə müxtəlf məbləğlərdə mənfəət vergisi ödəyib. Onlarından 1-də - “Xalq Kapital” vergi ödənişini artırıb, qalanları isə azaldıb.
Məcmu aktivləri 2 dəfə azalıb
Bu il yanvarın 1-nə Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 8 investisiya şirkətinin məcmu aktivləri 55,87 milyon manat təşkil edib. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 48,5% və yaxud təxminən 2 dəfə azdır.
Hesabat dövründə investisiya şirkətlərindən 2-si – “Azfinance” və “PSG Kapital” aktivlərini azaldıb, qalanları isə artırıb.
Ötən ilin sonuna investisiya şirkətlərinin məcmu öhdəlikləri 42,556 milyon manat olub ki, bu da əvvəlki ilin sonuna nisbətən 56,9% azdır. Maliyyə qurumlarından 3-ü – “Azfinance”, “PSG Kapital” və “Xalq Kapital” öhdəliklərini azaldıb, qalanları isə artırıb.
Hesabat tarixinə investisiya şirkətlərinin məcmu balans kapitalı isə 13,314 milyon manat təşkil edib. Bu da illik müqayisədə 35,9% çoxdur. Maliyyə qurumlarının hamısı balans kapitalını artırıb.
Bu il yanvarın 1-nə investisiya şirkətlərinin məcmu nizamnamə kapitalı isə 8,505 milyon manat olub. Bu isə ötən il yanvarın 1-nə nisbətən 23,3% çoxdur. Maliyyə qurumlarındaın 3-ü – “BTB Kapital”, “İnvest-AZ” və “Plato Capital and Co.” nizamnamə kapitalını artırıb, qalanları sabit saxlayıb.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 13 d. əvvəl
-
20 d. əvvəl
“Coca-Cola Azərbaycan”ın da daxil olduğu şirkət maliyyə nəticələri açıqlayıb
- 32 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
15 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib





















