"PAŞA Bank Türkiyə" istiqrazlar üzrə 303 min ABŞ dolları kupon ödənişi həyata keçirdi
"PAŞA Bank Türkiyə" 22 Sentyabr 2020-ci il tarixində silinmə tarixi (nominalın geri ödənişi) 22 Dekabr 2022-ci il olan istiqrazları üzrə illik 4,85% olmaqla 303.125 ABŞ dolları həcmində sayca 11-ci olan növbəti rüblük kupon ödənişini həyata keçirib.
İndiyədək investorlara ümumilikdə 3.637.500 ABŞ dolları məbləğində faiz gəliri ödənilib.
Qeyd olunmalıdır ki, istənilən investisiyanın təhlilində 3 əsas meyar nəzərə alınır:
Təhlükəsizlik - Bankın rəsmi internet səhifəsində 30 iyun 2020-ci il tarixinə olan hesabata əsasən, 1987-ci ildən fəaliyyət göstərən Bankın nizamnamə kapitalı 500 milyon türk lirəsi təşkil edir. Hazırda Bankın əsas səhmdarları kimi "PAŞA Bank Azərbaycan" ASC (50,96%) və "PAŞA Holding" MMC (49,00%) çıxış edir. Hesabat tarixinə Bankın aktivləri 2 milyard lirədən artıq, gecikmədə olan kredit portfelinin ümumi portfelə nisbəti 2,6%, kapitalın adekvatlıq göstəricisi isə 26,5% təşkil edir (mənbə: https://www.pashabank.com.tr/en/images/pdf/investor-relations/202007-investor-relations-june-2020.pdf).
Likvidlik - Geri ödəniş tarixinə qalan müddətin 2 ildən bir az artıq olduğunu nəzərə alaraq, təkrar bazarda bu növ alətlərə tələb vardır. Eyni zamanda, bu kağızlar Bakı Fond Birjasının repo predmeti olan qiymətli kağızların siyahısına əlavə olunub (mənbə: https://www.bfb.az/az/view-file/repo-predmetinin-siyahisi-1.pdf ). Beləliklə, qiymətli kağızları satmadan, girov qoymaqla qısa müddətli vəsait cəlb etmək mümkündür.
Gəlirlilik - İstiqrazlar üzrə kupon dərəcəsi illik 4,85%-dir, faizlər rüblük olaraq ödənilir. Azərbaycan Respublikası Mərkəzi Bankının açıqladığı statistik məlumatlara əsasən, 01.08.2020-ci il tarixinə banklarda xarici valyutada yerləşdirilmiş depozitlər üzrə faiz dərəcələri müqavilə müddəti 9 aydan 1 ilədək olanlar üzrə ortalama illik 1,18%, müqavilə müddəti 1 ildən 5 ilədək olanlar üzrə isə ortalama illik 2.02% təşkil etmişdir (mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı / Pul-kredit statistikası / 3.2 Depozit və kreditlər üzrə orta faiz dərəcələri).
Növbəti kupon ödənişi 22 dekabr 2020-ci il tarixində baş tutacaq. İstiqrazları əldə etmək üçün "PAŞA Kapital" investisiya şirkətinə müraciət edə bilərsiniz. Əlaqə nömrəsi: + (994) 12 493 33 66.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 d. əvvəl
-
12 d. əvvəl
“Coca-Cola Azərbaycan”ın da daxil olduğu şirkət maliyyə nəticələri açıqlayıb
- 24 d. əvvəl
- 42 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
15 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib























