“Hazırda koronavirusla bağlı vəziyyət kritikdir”
“Koronavirusla bağlı vəziyyət hazırda kritikdir, ağırdır”.
Bunu açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib. Onun sözlərinə görə, ötən gün 800-dən çox yoluxma var idi, bu gün və ya sabah yoluxmanın nə qədər olacağı bəlli deyil, amma görünən odur ki, artan istiqamətdə davam edir: “Təbii ki, bu, bizi narahat edir. Biz ona görə hər zaman insanlara xəbərdarlıq edirdik ki, mövcud vəziyyət daha da ağır ola bilər. Amma daha diqqətli olmaq yerinə ciddi nizam-intizam yoxdur. İnsanların bu tələbləri yerinə yetirməyini sadəcə onların məsuliyyətinə buraxmaq olmaz, eyni zamanda bunun üçün ciddi nizam-intizam, nəzarət olmalıdır. Düşünürəm ki, mövcud vəziyyət belə davam edərsə, karantin rejiminin şərtləri də təkrar gözdən keçirilməlidir”.
V.Əliyev deyib ki, Azərbaycan hazırda müharibə vəziyyətindədir, hər kəsin diqqəti ön cəbhəyə yönəlib: “Təbii ki, bunlar anlaşılandır, ancaq indi arxa cəbhədəki koronavirusu unutmuşuq, buna adi düşmən kimi baxırıq, diqqətimiz əvvəlki qaydada deyil. Bu baxımdan kütləvi toplanmalar olur. Amma qapalı məkanlarda maska taxılmalıdır. Cəbhədən qələbə xəbərləri gələndən sonra bəzən insanlar bir yerə toplaşır, bu sevinc anlaşılandır, ancaq digər düşməni, koronavirusu bu vəziyyətdə unuduruq və öz ətrafımıza buraxırıq. Bu baxımdan tövsiyə edirəm ki, kütləvi toplanma qətiyyən olmamalıdır, yaxşı olar ki, qələbə xəbərlərini hələ ki, hamı öz evində qeyd eləsin”.
İşçi qrupunun rəhbəri qeyd edib ki, mülki insanların koronavirusa yoluxması eyni zamanda ölkə daxilində əsgər və zabitlərin də yoluxmasına səbəb ola bilər: “İnsanlar düşünməsinlər ki, ehtiyatsızlıq edərək təkcə özlərini riskə atırlar. Eyni zamanda əsgər və zabit heyətimizi, Ordumuzu da riskə atmış olurlar. İnsanlar indiki vəziyyətdə Ordumuzun da sağlamlığını düşünməlidilər. Bu vəziyyət həkimləri də riskə atır. Çünki bildiyiniz kimi, həkimlər mart ayından koronaviruslu xəstələri müalicə edirlər. Hazırda isə həkimlər yaralıların sağalması üçün də çalışırlar. İndiki halda xəstəxanalarda koronaviruslu xəstələrin artması həm çarpayı ehtiyatına problem yaradır, həm də bu cür risk altında həkimlər də xəstələnə bilər. Düşünün ki, bu vəziyyətdə həkim olmasa, hansı vəziyyət olar.
Ona görə də insanlar qaydalara əməl etməklə həm özlərini, həm həkimlərimizi, həm də Ordumuzu qorumuş olarlar. Hazırda cəbhədə yaralanan əsgərlərə baxan həkimlərin vaxtını əlavə olaraq koronaviruslu xəstələrə baxmaqla almaq olmaz. Bu, həkimlərin vaxtını, keyfiyyətini almaqla yanaşı, əlavə olaraq xəstəxanalarda çarpayı əskikliyinə səbəb ola bilər. Mövcud durum eyni zamanda dövlətin iqtisadiyyatına zərərdir, ölkə daxilində bütün insanların yoluxmasına səbəb olur. Bütün bunlar da nəticədə böyük problemlərə səbəb ola bilər”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
6 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 13 d. əvvəl
-
14 d. əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
20 d. əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 24 d. əvvəl
- 26 d. əvvəl
-
1 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
-
1 saat əvvəl
İnvestorlar niyə Azərbaycanı seçir? Ölkəmizin yeni iqtisadi üstünlükləri
- 1 saat əvvəl
-
1 saat əvvəl
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Ən çox oxunanlar
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama
Prezident: Azərbaycanda yeni neft-qaz bumu mümkündür
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
























