PAŞA Bank əməkdaşları müharibə zamanı zərər çəkmiş dinc əhaliyə dəstək göstərdi
İkinci Qarabağ müharibəsi dövründə düşmənin qəddarlığından ən çox zərər çəkənlər arasında Bərdə və Tərtərin şəhər və kəndlərinin sakinləri olub.
PAŞA Bank əməkdaşlarının bir qrupu dəstək məqsədi ilə zərərçəkənləri ziyarət etmişdir. Görüş “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”nin Sumqayıt regional ofisinin təşkilati dəstəyi ilə baş tutmuşdur.
Evləri düşmən tərəfindən atəşə tutulması nəticəsində talan olunan, həmçinin Laçın və Kəlbəcər rayonunun kəndlərindən köçkün olan ailələrin bir çoxu Bərdə şəhərinin 8 saylı məktəbində və Ağdam rayonunun Cayırlı kəndindəki 109 saylı məktəbdə müvəqqəti olaraq məskunlaşmışdır.
Ailələrlə görüş zamanı Bankın işçiləri tərəfindən keçirilən sosial dəstək kampaniyası çərçivəsində alınan qida məhsulları, isti yorğanlar, şəxsi qulluq və gigiyena məhsulları, uşaqlar üçün oyuncaqlar təhvil verilib. Zərər çəkmiş insanlara həm maddi, həm mənəvi dəstək göstərməyi özünə borc bilən PAŞA Bank əməkdaşları ümumilikdə yüzə yaxın ailəyə yardım göstərdilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
7 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
7 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
8 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
10 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
10 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
10 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
11 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
























