“AzerGold”un istiqrazlarının 2-ci tranşı PAŞA Bankın dəstəyi ilə uğurla yerləşdirilib
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın dəstəyi ilə ölkənin kapital bazarında “AzerGold” QSC-nin istiqrazlarının buraxılışının 10 milyon ABŞ dolları həcmində 2-ci tranşı müvəffəqiyyətlə yerləşdirilib.
Bu barədə PAŞA Bankdan Marja-ya bildirilib.
Bakı Fond Birjasına istinadən qeyd edilib ki, hərrac zamanı ümumi 37 investor tərəfindən qiymət intervalı 100.0000 (4.00%) və 103.4239 (3.00%) olan 46 sifariş təqdim edilib. Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 102.0681 (3.50%), orta ölçülmüş qiyməti 102.4759 (3.35%) müəyyən olunub.
Xatırladaq ki, bazar iştirakçılarının böyük marağına səbəb olan “AzerGold” şirkətinin istiqrazların 1-ci yerləşdirilməsi PAŞA Bankın dəstəyi ilə 24 sentyabr tarixində baş tutub. PAŞA Kapital investisiya şirkətinin anderrayterliyi ilə həyata keçirilən bu yerləşdirmədə istiqrazların planlaşdırılmış ümumi 20 milyon ABŞ dolları həcmindən ilk 10 milyon tranşı həyata keçirilib. Həmin buraxılış yerli bazarda ilk dəfə ölkə iqtisadiyyatının qeyri-neft sahəsini təmsil edən dövlət şirkətlərinin istiqrazlarının buraxılışı kimi qeyd olunub.
Qeyd edək ki, PAŞA Bankın investisiya bankçılığı xidmətləri borc və səhm kapitalının cəlb olunması, istiqrazların ilkin bazarda yerləşdirilməsi, birləşmələr və qoşulmalar, sindikatlaşdırılmış kreditlərin təşkili və kredit reytinqinin təyin olunması, o cümlədən də artırılması üzrə məsləhətçilik xidmətlərini əhatə edir. Son illər ərzində PAŞA Bankın investisiya bankçılığı və yerli kapital bazarının inkişafı istiqamətində apardığı işlərin nəticələri yüksək qiymətləndirilir. Belə ki, 2017-2018-ci illərdə Bank, "EMEA Finance" nüfuzlu beynəlxalq maliyyə nəşrinin "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" nominasiyası üzrə mükafata layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 16 d. sonra
- 15 d. əvvəl
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Ən çox oxunanlar
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb





















