Pfizer 2020-ci il peyvənd istehsal hədəfini yarıbayarı azaltdı
Almaniya şirkəti Biontech ilə birlikdə koronavirusa qarşı peyvənd hazırlamış ABŞ-ın Pfizer şirkəti, 2020-ci il peyvənd istehsal hədəfini 100 milyon dozadan 50 milyon dozaya endirib.Bütün dünya koronavirus peyvəndinin tətbiq olunacağı tarixi gözləyərkən, ən güclü peyvənd namizədlərindən birinin altında imzası olan Pfizer şirkəti 2020-ci ilə dair istehsal hədəflərini aşağı salıb.
Marja xəbər verir ki, şirkət daha əvvəl 100 milyon doza olaraq açıqladığı 2020-ci il koronavirus peyvəndi istehsal hədəfini 50 milyon dozaya endirib.
Şirkətin sözcüsü etdiyi açıqlamasında, peyvəndlərin istehsalı üçün lazım olan xammalın təmin edilməsi daxil olmaqla bir çox faktorun istehsalın yavaşlamasına səbəb olduğunu bildirib.
İki doza tətbiq olunacaq və "daşıyıcı RNA" adlı yeni bir texnologiyaya əsaslanan peyvəndin İngiltərədə istifadəsi bu həftə təsdiqlənmiş, ABŞ Qida və Dərman İdarəsinə (FDA) təcili təsdiq müraciəti edilmişdir.
44 min könüllünün qatıldığı klinika testlərdə peyvəndin Kovid-19 semptomlarının qarşısını almaqda 95% müvəffəqiyyət təmin etdiyi ortaya çıxmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 d. əvvəl
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
-
6 d. əvvəl
“PAŞA Sığorta” başqa şirkətlərin kapitalına investisiya qoymağa hazırlaşır
-
-
14 d. əvvəl
“Cisco” ilə Azərbaycanda regional mərkəz və akademiya müzakirə edildi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
-
1 saat əvvəl
Azərbaycanda hər 10 minik avtomobilindən 8-nin yaşı 10 ildən yuxarıdır
-
1 saat əvvəl
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan sərfəli payız kredit kampaniyasını təqdim edir! ®
-
3 saat əvvəl
İranda dollar tarixi rekordu yenilədi – 1 dollar 245 min tümənə qalxıb
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
AMD süni intellekt şirkətini 8,2 milyard dollara alır
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası



























