Rabitəbank əməkdaşları qanvermə aksiyasında könüllü oldular
(®️) Sosial məsuliyyət layihələriylə hər zaman seçilən Rabitəbank bu dəfə də Böyük Qələbəmizin həyatımıza sonsuz fərəh və iftixar duyğuları bəxş etdiyi və koronavirus infeksiyasının ölkəmizdə çətinliklər yaratdığı bir vaxtda könüllü qan donorluğuna dəstək tədbiri kimi, ölkədə qan ehtiyatının daha da artırılmasına yönələn könüllü qanvermə aksiyası təşkil etdi.
Qanvermə aksiyası Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının (Mərkəzi Qan Bankı) birgə dəstəyi ilə Rabitəbankın 28 May, 33 ünvanında yerləşən baş ofisində təşkil olunub. Bankın baş ofis əməkdaşları bu nəcib və humanist aksiyada fəal iştirak ediblər. Könüllü donorlar üçün baş ofisdə müvafiq şərait yaradılıb və karantin rejimi qaydalarının gözlənilməsinə diqqət edilib. Aksiya Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının tam nəzarəti altında keçirilib.
Rabitəbankının rəhbərliyi və əməkdaşları bir neçə ildir ki, belə təşəbbüskar aksiyalardada könüllü iştirak edərək, qana ehtiyacı olanlara dəstək göstərirlər. Bəhsikeçən aksiyada toplanan qanlar qan ehtiyacı yaranan xəstələrin müalicəsinə kömək məqsədilə istifadə ediləcək.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 71 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 d. əvvəl
- 14 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI





























