ABŞ neft qiymətləri üzrə proqnozunu yüksəldib
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2020-ci ildə "Brent" markalı neftin bir barelinin orta qiymətinin 41,43 ABŞ dolları olacağını proqnozlaşdırır ki, bu da əvvəlki proqnozdan 2,02% çoxdur.
EIA-nın aylıq hesabatına görə, əvvəlki proqnoza əsasən, bu il "Brent" markalı neftin orta qiymətinin 40,61 dollar olacağı gözlənilirdi.
Məlumata görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 48,53 dollar səviyyəsində olacağı gözlənilir. Bu, ötən proqnozdan 4,16% çoxdur.
Agentlik WTI markalı neftin bu il orta qiymətinin 38,96 dollar (1,88% artım), 2021-ci ildə isə 45,78 dollar (3,48% artım) səviyyəsində olacağını proqnozlaşdırır.
Gələn il neft bazarında tələb təklifi üstələyəcək - PROQNOZ
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2020-ci ildə dünyada neftə və digər maye karbohidrogenlərə olan gündəlik orta tələbat üzrə proqnozunu azaldıb.
Hesabata görə, 2020-ci ildə bu göstəricinin 92,38 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır. Əvvəlki proqnozda bu rəqəm 92,91 mln. barelə bərabər idi.
Buna baxmayaraq, agentlik 2021-ci üzrə proqnozunu azaldıb. Belə ki, proqnoza görə, bu göstəricinin 98,16 mln. barel olacağı gözlənilir. Bu, əvvəlki proqnozdan 640 min barel azdır.
Bununla yanaşı, Agentlik gələn il neft bazarında 740 min barel həcmində defisitin qeydə alınacağını proqnozlaşdırır. Belə ki, proqnoza əsasən, 2021-ci ildə bazarda gündəlik neft təklifi 97,48 mln. barel həcmində olacaq.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 d. əvvəl
- 13 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI



























