Azərbaycan Beynəlxalq Bankı ilə bp və tərəfdaşlarının birgə təqaüd proqramını qazanmış tələbələrlə görüş oldu
(®️) Azərbaycan Beynəlxalq Bankı və bp və onun tərəfdaşlarının - SOCAR, TPAO, PETRONAS, MOL, LUKOİL, NİCO, Equinor, İNPEX, ExxonMobil, SGC, İTOCHU, ONGC, TOTAL, Eni - birgə təqaüd proqramına qəbul başa çatıb. Artıq təlimlərə start verilib.
IBA Tech Akademiyasında ödənişsiz təhsili nəzərdə tutan təqaüdü qazanmış tələbələrlə, eləcə də proqrama maraq göstərən digər ictimaiyyət nümayəndələri, media mənsubları ilə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimovun və tərəfdaş şirkətlər adından bp-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin görüşü olub.
Karantinlə əlaqədar onlayn keçirilən görüşdə Abbas İbrahimov əvvəlcə IBA Tech Akademiyasının fəaliyyəti, məqsədləri barədə məlumat verib. İnformasiya texnologiyaları mütəxəssislərinə hazırda bütün dünyada ciddi tələbat olduğunu xatırladan A.İbrahimovun sözlərinə görə, IBA Tech Akademiyasının da əsas məqsədi ölkəmizin əmək bazarında bu sahənin mütəxəssislərinə olan ehtiyacın təmin edilməsidir. İdarə Heyətinin sədri hazırda Bankda həyata keçirilən transformasiya layihələri barədə söhbət açıb. Bildirib ki, bu layihələrin mühüm bir qismi də rəqəmsallaşma məsələləri ilə bağlıdır: “Ən yaxşı rəqəmsal təcrübə ilə tanınmaq və bununla ölkəmizin innovativ inkişafına töhfə vermək Azərbaycan Beynəlxalq Bankının əsas strateji hədəflərindəndir. İstedadlara dəstək olan IBA Tech Akademiyası yetişdirdiyi kadrlarla bizə bu hədəfə çatmaqda kömək göstərir”. O, qeyd edib ki, Akademiyanın təlim proqramları özünü informasiya texnologiyaları sahəsində inkişaf etdirmək istəyən hər bir gənc üçün yaxşı fürsətdir.
A.İbrahimov pandemiyanın yaratdığı məhdudiyyətlərə baxmayaraq IBA Tech Akademiyasının distant təlim imkanlarından faydalanmaqla öz proqramlarına davam etdiyini bildirib. Onun sözlərinə görə, bu təhsil mərkəzinin əsas prinsiplərindən biri, əmək bazarındakı ehtiyaclara uyğun yeni istiqamətləri öz təlim proqramlarına daxil etməsidir. “Sizin təhsil alacağınız QA Avtomatlaşdırma, Machine Learning və DevOps ixtisaslarına da indi tələbat çox böyükdür”, deyə o, tələbələrlə söhbətində bildirib: “Ümid edirik ki, gələcək uğurlu karyeranız üçün bp və tərəfdaşları ilə birgə bu təqaüd proqramımızın yaratdığı imkanlardan maksimum faydalana biləcəksiniz”.
bp şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə gənc nəslin müasir bilik və bacarıqlara yiyələnməsinə xidmət edən bu cür layihələrin dəstəklənməsinin bp və tərəfdaşları üçün mühüm əhəmiyyət daşıdığını bildirib. “İndi bütün dünyada çox güclü rəqəmsallaşma prosesləri gedir. İnformasiya texnologiyalarından illər əvvəl sadəcə əlavə vasitə kimi istifadə olunurdusa, indi bu texnologiyalar iş proseslərinin əsasını təşkil edir. Ona görə bu sahədə peşəkar qabuiliyyətlərə malik kadrların yetişməsi çox mühümdür. Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, cəmiyyətin yenilik, sosial həmrəylik, inteqrasiya içində olması üçün təhsilli, müasir bilik və bacarıqlara malik gənclərə ehtiyac var. Arzu edirik ki, təqaüd proqramında iştirak edən gənclər bu imkandan tam faydalansınlar. Lazımi bilik və bacarıqlara yiyələnərək ölkənin gələcəyinə töhfələr versinlər”.
B.Aslanbəyli belə layihələrin gənclərin peşəkar inkişafına, əmək bazarında özlərinə layiqli yer tutmalarına böyük kömək göstərdiyini bildirib. Eyni zamanda, əmək bazarının özündə də keyfiyyət göstəricilərinin yüksəlməsinə şərait yaratdığını vurğulayıb. B.Aslanbəyli əlavə edib ki, bank-maliyyə və neft-qaz sektorunda fəaliyyət göstərən iri şirkətlərin birgə layihə reallaşdırmasının özü özlüyündə çox təqdirəlayiqdir. Çünki imkanlar, təşəbbüslər, istəklər bir araya gəldikdə nəticələr də daha gözəl olur.
Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, proqrama ümumilikdə 1337 namizəd müraciət edib. Onların arasından “DevOps mühəndisliyi”, “Machine Learning” və “QA Automation” sahəsində Akademiyaya qəbul prosesində ən yüksək nəticələr göstərmiş namizədlər seçilib. Beləliklə, hər istiqamət üzrə 10 namizədə (cəmi 30 namizəd) Azərbaycan Beynəlxalq Bankının, 10 namizədə (cəmi 30 namizəd) bp və onun tərəfdaşlarının (SOCAR, TPAO, PETRONAS, MOL, LUKOIL, NICO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL və Eni) birgə təqaüdü ilə İBA Tech Akademiyasında ödənişsiz təhsil almaq imkanı yaradılıb.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
13 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
14 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 15 saat əvvəl
-
15 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib

























