Rusiyanın neft gəliri düşür
Rusiyanın neft ixracından gəliri 2020-ci ilin yanvar - noyabr dövründə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 41% azalaraq 66,3 milyard dollara geriləyib.
Marja Rusiya Federal Gömrük Xidmətinin məlumatlarına istinadən xəbər verir ki, ölkədə neft ixracının həcmi, keçən ilin 11 ayında illik müqayisədə 11% azalaraq 220 milyon tona düşüb.
Həmin dövrdə, Rusiyanın neft ixracından gəliri də 41% azalma ilə 66,3 milyard dollar olub.
Ölkənin neft ixracından əldə etdiyi gəlir, 2019-cu ildə 2018-ci illə müqayisədə 6% düşərək 121 milyard dollara geriləmişdi.
Neft və təbii qaz ixracı Rusiyada federal büdcənin təxminən 40%-ni formalaşdırır.
"Qazprom"un təbii qaz ixracı gəliri azalıb
Rusiya şirkəti "Qazprom"un təbii qaz ixrac gəliri, 2020-ci ilin yanvar-noyabr dövründə 2019-un eyni dövrü ilə müqayisədə 41,8% azalaraq 22 milyard dollara geriləyib.
Rusiya Federal Gömrük Xidmətinin məlumatlarına görə, "Qazprom"un boru xəttlərilə təbii qaz ixracı həcmi keçən ilin 11 aylıq dövründə illik müqayisədə 10,5% azalaraq 178,4 milyard kub metr olub.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
-
2 saat əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
4 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
4 saat əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır



























