Hesab.az hər zaman istifadəçilərini sevindirmək üçün fərqli kampaniyalar təqdim edir!
(®️) Hər zaman istifadəçilərini sevindirmək üçün fərqli kampaniyalar təqdim edən Hesab.az Dekabr ayından etibarən Bakcell və Visa kimi böyük şirkətlərlə istifadəçilərinə faydalı, qazandıran kampaniyalar təqdim etmişdir.
Məlumat üçün qeyd edək ki, Visa ilə Hesab.az-ın birlikdə həyata keçirdikləri kampaniyanın 1-ci mərhələsi yüksək istifadəçi fəallığı ilə uğurla tamamlandı.
Kampaniya haqqında qısaca məlumat vermək istərdik ki, Hesab.az-da qeydiyyatlı olaraq 18 Dekabr – 25 Yanvar tarixlərində saxlanılan Visa kart ilə edilən ödənişlərdə ilk 4000 nəfər növbəti ödənişlərində istifadə edə biləcəkləri 7 AZN dəyərində Hesab Koin qazandılar.
Azərbaycanda onlayn ödəmələr sahəsində lider olan Goldenpay/Hesab.az onlayn xidmətlər platforması ilə Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin birgə təqdim etdiyi kampaniya da uğurla başa çatdı. Kampaniyada 16 Dekabr – 19 Yanvar tarixləri arasında qeydiyyatlı şəkildə Hesab.az-dan Bakcell nömrələrin balansını artıran istifadəçilər iştirak etdilər.
Kampaniya ərzində “Ulduzum” kodu ilə edilən Bakcell ödənişlərində Hesab.az istifadəçiləri 2-QAT Hesab Koin və ya Bonuslar , həm də etdikləri ödəniş məbləğinə görə həmin an əlavə hədiyyə dəqiqə və ya megabayt qazandılar.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
8 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
-
11 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 12 saat əvvəl
-
12 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
-
12 saat əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
13 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
13 saat əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır




























