Tesla-nın sərmayəsilə Bitcoin-də rekord!
Elektromobil istehsalçısı Tesla şirkəti, ABŞ-ın sərmayə bazarlarına nəzarət orqana göndərdiyi məlumatda, 1,5 milyard dollarlıq Bitcoin aldığını bildirib.
Marja xəbər verir ki, xəbərdən sonra Bitcoin 14%-dən çox bahalaşıb və qiyməti 44 min dollara çatıb.
Yeni sərmayə siyasətlərinin daha çox elastiklik təmin edəcəyini vurğulayan Teslanın Bitcoini ödəniş vasitəsi olaraq qəbul etməyə başlayacağı gözlənilir.
"QONAQLIĞA GECİKDİM"
Tesla şirkətinin qurucusu Elon Musk, "Bitcoini 8 il əvvəl almalı idim, "qonaqlığa" gecikdim" demişdi. Bitcoin-in yaxşı bir şey olduğunu ifadə edən Musk, "Dogecoin-in qlobal bir pul olması əyləncəli olardı" deyə əlavə etmişdi.
Musk-ın Twitter profil şərhinə keçən həftə Bitcoin etiketi və emojisi qoymasından sonra kriptovalyuta 10% bahalaşaraq 36 min dolları keçmişdi.
Cümə günü erkən saatlarda isə Musk Twitter-də paylaşdığı və bir itin qarşısında olduğu "Dogue" jurnalı ilə Dogecoin "rallisinin" də fitilini odlamışdı. Bir zarafat olaraq yaradılan Dogecoin paylaşmadan sonra 300% bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 21 saat sonra
-
1 saat əvvəl
Çin avtomobil sənayesində uzunmüddətli perspektivdə hansı şirkətlər qalib gələcək?
-
1 saat əvvəl
“SOCAR Green” və Çin nəhənglərinin Xəzərdəki enerji layihəsi müzakirə edilib
-
1 saat əvvəl
Paşinyan yeni Konstitusiya müzakirələri fonunda növbədənkənar seçkilərin keçirilməsini istisna etmir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakıda fabrikə məxsus əmlak kompleksinin satılması gündəmdədir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda fabrikə məxsus əmlak kompleksinin satılması gündəmdədir
Noyabrın 27-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Ermənistan hökuməti "TRIPP Development Company"nin yaradılması ilə bağlı saziş layihəsini təsdiqləyib
Azərbaycanın lizinq şirkətində ciddi dəyişikliklər – Dividend ödənilməsi və direktorun dəyişdirilməsi gündəmdədir
"İstehlak kreditlərinə tələb artıb"

























