Dünyanın bir nömrəli startap akseleratorunun akademiyası Azərbaycanda fəaliyyətə başladı
Platforma hər kəsə açıqdır və ödənişsizdir!Azərbaycanda startap təsisçiləri üçün Startap Akademiyası fəaliyyətə başlayıb.
Onlayn platforma dünyanın bir nömrəli “Y Combinator” Akselerasiya Mərkəzinin “Startup School” təhsil proqramına əsaslanır. Platforma hər kəsə açıqdır və ödənişsizdir. Proqramın Azərbaycan üzrə təmsilçisi SUP.VC şirkətidir.
Startap Akademiyası, öz startapını həyata keçirən sahibkarlar üçün pulsuz onlayn proqramdır. Proqram, Y Combinator-un biznes mütəxəssislərindən video mühazirələr və bloq yazıları əsasında tərtib edilmişdir.
Startap Akademiyası hazırda startap üzərində işləyən və ya sadəcə ideyası olan bütün təsisçilər və potensial təsisçilər üçün açıqdır.
11 fevral tarixində baş tutan Startap Akademiyasının açılış tətdbirində SUP.VC şirkətinin direktoru Vüsal Kərimli qeyd edib ki, platforma beta versiyada fəaliyyətə başlayıb və ilkin razılaşmaya əsasən platformanın tam versiyası Gürcüstan, Qazaxstan və digər qonşu region ölkələri ilə birlikdə əməkdaşlıq formasında təqdim olunacaq.
Layihə region ölkələrdə olan startaplar üçün data baza rolunu da oynayacaq.
Startap qurursunuzsa, bu proqram, ən yaxşı təcrübələrə, faydalı qaynaqlara və tətbiq oluna bilən tövsiyələrə əsaslanaraq şirkətinizi idarə etməkdə sizə kömək edəcəkdir.
Proqrama aşağıdakı linkdən qoşula və dərslərə başlaya bilərsiniz: http://startup.edu.az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 24 d. əvvəl
-
41 d. əvvəl
Çin şirkəti Azərbaycanda yüksək gərginlikli elektrik kabelləri istehsal edə bilər
- 59 d. əvvəl
-
1 saat əvvəl
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
2 saat əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
Noyabrın 26-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®


























