"Türk Hava Yolları" ötən ili zərər ilə başa vurub
Türkiyənin milli aviadaşıyıcısı "Türk Hava Yolları" (THY) şirkəti 2020-ci ili 5,588 milyard lirə (təxminən 760 milyon ABŞ dolları) zərərlə başa vurub. Halbuki, aviaşirkət 2019-cu ildən 4,536 milyard lirə (təxminən 620 milyon dollar) mənfəətlə çıxmışdı.
Bu barədə THY-nin ötənilki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.
Sənədə əsasən, milli aviadaşıyıcı 2020-ci ildə 46,4 milyard lirə (təxminən 6,3 milyard dollar) gəlir əldə edib. Bu, 2019-cu ilə nisbətən 38,2% azdır.
Hesabat dövründə aviaşirkətin xərcləri isə bundan çox, o cümlədən məzənnə fərqindən zərəri və faiz ödəmələri 5,906 milyon lirə (təxminən 805 milyon dollar) təşkil edib. Bu isə illik müqayisədə 3,4 dəfə çoxdur.
İl ərzində THY-nin ümumi borcu da 39,4% artıb və bu il yanvarın 1-nə 147,9 milyard lirə (təxminən 20,15 milyard dollar) təşkil edib.
Bununla belə, aviaşirkətin aktivləri də 27,6% artır və 187,4 milyard lirəyə (25,5 milyard dollar) çatıb.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 21 saat sonra
-
47 d. əvvəl
Çin avtomobil sənayesində uzunmüddətli perspektivdə hansı şirkətlər qalib gələcək?
-
55 d. əvvəl
“SOCAR Green” və Çin nəhənglərinin Xəzərdəki enerji layihəsi müzakirə edilib
-
57 d. əvvəl
Paşinyan yeni Konstitusiya müzakirələri fonunda növbədənkənar seçkilərin keçirilməsini istisna etmir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda fabrikə məxsus əmlak kompleksinin satılması gündəmdədir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda fabrikə məxsus əmlak kompleksinin satılması gündəmdədir
Noyabrın 27-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Ermənistan hökuməti "TRIPP Development Company"nin yaradılması ilə bağlı saziş layihəsini təsdiqləyib
Azərbaycanın lizinq şirkətində ciddi dəyişikliklər – Dividend ödənilməsi və direktorun dəyişdirilməsi gündəmdədir
"İstehlak kreditlərinə tələb artıb"




























