Dünyanın ən böyük neft terminalına hücum - QİYMƏT 70 DOLLARI KEÇDİ
Qlobal neft tələbinin təxminən 7%-ini qarşılamaq gücünə malik olan Səudiyyə Ərəbistanındakı Ras Tanura neft terminalına hücum edilib. Hücumu Yəməndəki İranın dəstəklədiyi Husilər boynuna götürüb.
Marja xəbər verir ki, hücumdan sonra neft qiymətləri yüksəlib. Brent neftinin qiyməti 70 dolları da keçərək 71,38 dolları görüb. Brent nefti 2%-dən çox bahalaşıb.
Bakı vaxtı ilə saat 09:00-da Brent nefti 70,80 dollardan ticarət olunub.
Hücum ziyan və ölümə səbəb olmayıb. Pilotsuz uçuş aparatı (PUA) ilə təşkil edilən hücumların qarşısı alınıb. Xam neft istehsalında bir axsama müşahidə edilməyib.
Gündə təxminən 6,5 milyon barel (qlobal neft tələbinin az qala 7%-i ) neft ixracı reallaşdırmaq gücünə malik olan Ras Tanura dünyanın ən böyük neft terminalıdır. Ras Tanura dünyanın ən çox qorunan neft təsislərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 21 saat sonra
-
39 d. əvvəl
Çin avtomobil sənayesində uzunmüddətli perspektivdə hansı şirkətlər qalib gələcək?
-
47 d. əvvəl
“SOCAR Green” və Çin nəhənglərinin Xəzərdəki enerji layihəsi müzakirə edilib
-
49 d. əvvəl
Paşinyan yeni Konstitusiya müzakirələri fonunda növbədənkənar seçkilərin keçirilməsini istisna etmir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda fabrikə məxsus əmlak kompleksinin satılması gündəmdədir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda fabrikə məxsus əmlak kompleksinin satılması gündəmdədir
Noyabrın 27-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Ermənistan hökuməti "TRIPP Development Company"nin yaradılması ilə bağlı saziş layihəsini təsdiqləyib
Azərbaycanın lizinq şirkətində ciddi dəyişikliklər – Dividend ödənilməsi və direktorun dəyişdirilməsi gündəmdədir
"İstehlak kreditlərinə tələb artıb"



























