Microsofta qarşı 371 milyon dollarlıq təzminat iddiası
İngilis şirkəti ABŞ texnologiya nəhəngini haqsız rəqabətdə günahlandırır.Müxtəlif təyinatlı proqram təminatının, o cümlədən Microsoft Office lisenziyalarının ikinci əl ticarəti ilə məşğul olan Böyük Britaniya şirkəti ValueLicensing məşhur Microsoft Korporasiyasına qarşı İngiltərə Ali Məhkəməsində təzminat iddiası qaldırıb.
Marjanın əldə etdiyi məlumata görə, şirkət qocaman Microsoftu ikinci əl İT lisenziya və proqram təminatı bazarına müdaxilələr edərək, haqsız rəqabət aparmaqda günahlandırır və buna görə çəkdiyi 270 milyon funt-sterlinq (371 milyon dollar) zərəri təzminat olaraq tələb edir.
ValueLicensing 2009-cu ildə Böyük Britaniyada qurulub. Şirkətin əsas biznes sahəsi öz İT proqramlarını yeniləyən və yaxud müflis olaraq bağlanan şirkətlərdən onların Microsoftdan aldıqları Office proqram paketinin qüvvədə olan lisenziyalarını ucuz qiymətə satın almaq və bu lisenziyaları ikinci əl bazarında digər şirkətlərə satmaqdan ibarətdir. Şirkət sıfırdan yeni lisenziya almaq əvəzinə, işlənmiş, lakin vaxtı hələ bitməmiş lisenziyadan yararlanmaq imkanı təqdim edir və kiçik şirkətlər üçün 70%-ə qədər xərcə qənaət edilməsinə şərait yaradır.
ValueLicensing-in təsisçisi Conathan Horley Microsoftu şirkətləri müddətsiz lisenziyalardan imtina edərək, yeni bulud texnologiyaları (cloud) əsaslı Office365 lisenziya sisteminə qoşulmağa təhrik etməkdə günahlandırır: “Microsoft özünün yeni bulud əsaslı modelinə keçmək və köhnə lisenziyaları bazarda ləğv etmək imkanını işə salıb. Bu halda müştərilər əvvəlki kimi işlənmiş lisenziyadan təkrar istifadə imkanını itirir və məcbur daha bahalı abunəlik seçimindən istifadə etməlidir”.
Bu ilin fevralında Microsoft özünün əvvəlki versiyalarda təqdim etdiyi lisenziyaların, misal üçün Office 2016 sisteminin istifadə müddətini uzatmayacağını bildirib. Bu isə öz kompüterlərində Micsoroft Office proqram paketindən istifadə edən şirkətləri daha ucuz (5 illik lisenziya) variantlardan yararlanmaq imkanından məhrum edib.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 15 saat sonra
- 7 d. əvvəl
-
20 d. əvvəl
Aqrar sektora verilən kreditlər azalıb - 8 ayda 72 milyon manat geriləmə
-
32 d. əvvəl
"Bank Respublika" nizamnamə kapitalını artırır - 240 MİLYONU KEÇƏCƏK
- 36 d. əvvəl
- 42 d. əvvəl
-
47 d. əvvəl
Şirkətlərin müddətli manat depozitləri bir ildə 1 milyard manatdan çox azalıb
-
50 d. əvvəl
Azərbaycan və Yunanıstan pərakəndəçiləri əməkdaşlığa başlayır
-
1 saat əvvəl
Avrozonada inflyasiya 3 ilin maksimumuna yüksəlib – ECB-yə faiz təzyiqi artır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Tikinti sektoruna verilən kreditləri kəskin artıb
“GL” ASC-nin istiqrazları tam yerləşdirildi
Ən çox oxunanlar
Azərbaycan və Yunanıstan pərakəndəçiləri əməkdaşlığa başlayır
Qeyri-rezidentlərin Azərbaycan banklarında əmanətləri bir ayda 100 milyon manat artıb
Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb
























