Tanınmış sahibkar 90 milyon manat investisiya ilə yeni zavodlar tikməyi planlaşdırır
Tanınmış sahibkar Elxan Bəşirov 2022-ci il daş yunu zavodunu istifadəyə verəcək.
Marja xəbər verir ki, perspektiv layihələrdə isə illik istehsal gücü 300 min ton olan zənginləşdirilmiş kvars qum zavodunun və illik istehsal gücü 200 min kubmetr olan yüngül bloklar zavodunun tikilməsi nəzərdə tutulur. Qarabağ regionunda, işğaldan azad olunmuş ərazilərdə tikinti materialları istehsalı sahəsi üzrə yeni zavodun tikilməsi planlaşdırılır. Bu zavodların yaradılmasına ümumilikdə 90 milyon manat investisiya qoyulacaq və dövlətin güzəştli kreditlərindən də istifadə olunacaq. Zavodların yaradılması nəticəsində 1 000-ə yaxın daimi iş yeri açılacaq.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul Sənaye Məhəlləsində “Elberg” Maşınqayırma Zavodunun açılışında iştirak edib.
Hacıqabul Sənaye Məhəlləsində yeni fəaliyyətə başlayan “Elberg” maşınqayırma zavodu ölkədə tikinti materiallarının istehsalı zavodunu quracaq və onların avadanlıqlarını istehsal edəcək. Zavodun əsas perspektiv hədəfi öz sektorunda idxalı əvəz etmək və ixrac potensialını artırmaqdan ibarətdir.
Zavodun ümumi ərazisi 5 000 kvadrat metr olmaqla 100-dən çox işçi fəaliyyət göstərəcəkdir. Zavodda quraşdırılan dəzgahlar Avropa. Yaponiya və Türkiyə istehsalıdır. Zavodun rəhbəri "Mətanət A" şirkətinin də prezidenti olan Elxan Bəşirovdur.
Qeyd edək ki, “Elberg” Maşınqayırma Zavodu artıq “Mətanət A” şirkətinə yeni quru inşaat qarışıqları istehsalı zavodunun tikilməsi üçün müqavilə bağlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















