Maliyyə Nazirliyi 30 milyon manat da borc aldı
8 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104005878 ISIN-li, 10 milyon manat həcmində, 360 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 91.0451 AZN (9.9722%) və 95.8408 AZN (4.4000%) olan 19 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.8408 AZN (4.4000%), orta ölçülmüş qiyməti 95.8408 AZN (4.4000%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 60 milyon 536 min 600 manat yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 3 may 2022-ci il.
Hərrac iştirakçıları 16 may 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
XXX
Həmçinin 8 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108015881 ISIN-li, 10 milyon manat həcmində, 1816 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 80.7148 AZN (14.0208%) və 99.5967 AZN (8.6243%) olan 28 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.0600 AZN (9.0141%), orta ölçülmüş qiyməti 98.4376 (8.9176%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 56 milyon 452 min 600 manat yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 28 aprel 2026-ci il.
Hərrac iştirakçıları 16 may 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















