“Oksigen” və “Leyla Şıxlinskaya”nın adından yazılan koronavirus testlərinin saxta çıxdığı bildirilir
Gəncə Hava Limanında Gəncə- Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin COVID-19-la əlaqəli təqdim etdiyi tibbi arayışların saxta çıxdığı bildirilir.
Məlumata görə, sərnişinlərin təqdim etdiyi tibbi arayışların üzərində sənədlərin “Leyla Medical Center” (keçmiş “Leyla Şıxlinskaya” klinikası) və “Oksigen” klinikasından verildiyi qeyd edilib.
Faktla bağlı hüquq-mühafizə orqanları ciddi araşdırmalara başlayıb.
Məsələ ilə əlaqəli “Leyla Medical Center”in mətbuat xidməti Aytaç Kərimli bildirib ki, tibb müəssisələri tərəfindən kimsəyə saxta arayış verilə bilməz:
“Bu kimi halların qarşısını almaq üçün 4 aya yaxındır ki, tibbi arayışların üzərində QR kodlar yerləşdirilib. Hava limanında QR kodları yoxlamaq kifayət edir ki, həmin tibbi arayaşın saxta və ya real olduğu bilinsin. Adətən belə faktlar olur ki, pasiyent bazamızda adı olmayan şəxs müxtəlif proqramlar vasitəsilə nəticələrini saxtalaşdıraraq özlərinə tibbi arayış hazırlayır. Təbii ki, biz bu hala görə heç bir məsuliyyət daşımırıq”.
“Oksigen” klinikası isə məsələyə münasibət bildirməyib.
1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!
©️ “Report”
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 46 d. əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib




























