"Özəl şirkətlərdə maliyyə menecmenti zəifdir"
“Biz ötən il yeni, 3 illik strateji plan hazırladıq və ona əsasən korporativ sektora üstünlük verdik”.
Bunu jurnalistlərə açıqlamasında “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədr vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev deyib.
“Birjada korporativ sektorun aktivliyi daha çox onun özündən asılıdır. Biz araşdırma apardıq və gördük ki, özəl şirkətlərdə maliyyə menecmenti zəifdir. Onlar özləri oturub hesablamalıdırlar ki, bankdan kredit almaq yoxsa istiqraz buraxmaqla vəsait cəlb etmək sərfəlidir? Sizə nümunə olaraq “AzerGold” QSC-ni göstərə bilərəm. Onlar xarici valyutada istiqraz buraxmışdılar. Həmin qiymətli kağızlara 1-ci dəfə o qədər yüksək tələb oldu ki, şirkət 2-ci dəfə çox aşağı faizlə vəsait cəlb etdi. Çünki onların maliyyə menecmenti güclüdür", - deyə Birja rəhbəri qeyd edib.
"Azərbaycanda banklardan vəsait cəlb etmək çətin deyil. Amma mən inanmıram ki, banklar balans hesabatını göstərməyən və yaxud zərərlə işləyən şirkətə vəsait ayırsln. Çünki banklarda risk menecmenti yüksək səviyyədə işləyir", - deyə E.Abdullayev əlavə edib.
“Azərbaycanda listinq prosesi çox sadədir”
Eldar Abdullayev, “Azərbaycanda cəmi 3 sənəd təqdim etməklə hansısa qiymətli kağızların listinqə daxil edilməsi mümkündür. Bizdə bu proses çox sadədir” deyib və əlavə edib:
“Halbuki, qonşu ölkələrdə əlavə nə qədər sənəd tələb edirlər. Dünya Bankının “Doing Business” hesabatında da qeyd olunub ki, regionda ən sadə listinq prosesi Azərbaycandadır”, - deyə o, qeyd edib.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















