"Türkiyədə ikinci zavodun inşasına dair qərar gələn il qəbul ediləcək"
Türkiyədə “Merkuri” neft-kimya kompleksinin inşasına dair son investisiya qərarı 2022-ci ildə veriləcək.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəisi, "SOCAR Turkey Enerji" və "Petkim Holding"in İdarə Heyəti sədrinin müavini Vaqif Əliyev jurnalistlərə açıqlamasında bildirib.
V. Əliyev xatırladıb ki, daha əvvəl şirkət bu layihəni BP şirkəti ilə müzakirə edib, lakin Böyük Britaniya şirkətinin neft-kimya sənayesindən çəkilib: “Biz “INEOS” və BP-nin neft-kimya aktivlərini əldə etmiş digər investorlarla danışıqlar aparırıq. Əlbətdə ki, Türkiyədəki ikinci neft-kimya sərmayəmiz olacaq “Merkuri” layihəsinin icrasındakı uzunmüddətli gecikməni qəbul etmirik. Bu investisiyanı ya neft-kimya sənayesində təcrübəsi olan bir ortağımızla, ya da maliyyə ortağımızla həyata keçirəcəyik. Bu yaxınlarda ikinci bir variantı nəzərdən keçirdik. Yəni maliyyə tərəfdaşı ilə görüşmək üçün qərar qəbul etdik”.
Xatırladaq ki, 2021-ci ilin yanvarında “INEOS” BP-dən aromatik və asetil istehsalı üzrə biznesini almaq üçün müqavilə imzalayıb. Müqavilənin dəyəri 5 milyard ABŞ dolları idi. Aktivə ABŞ-da 5, Asiyada 8 və Avropada 2 olmaqla 15 istehsal sahəsi və 10 aparıcı birgə müəssisə daxildir.
Qeyd edək ki, Türkiyənin Rəqabət Şurası 2020-ci ilin iyun ayında SOCAR və BP-yə ortaq bir neft-kimya müəssisəsi yaratmağa icazə verib. “Merkuri” kompleksi “Petkim” neft-kimya kompleksi və STAR neft emalı zavodunun yanında inşa ediləcək. Layihənin dəyəri 1,8 milyard ABŞ dolları dəyərində qiymətləndirilir və 50/50 faiz pay bögüsünə malikdir.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















