“BTB Kapital” aktivlərindən ən yaxşı istifadə edən investisiya şirkətidir
Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “ABB-İnvest”, “CPM-İnvest” və “MFX-Trading” istisna olmaqla, ölkədə fəaliyyət göstərən 8 investisiya şirkəti 2020-ci ili 6 milyon 261 min manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 86 milyon 308 min manat məbləğində aktivlərin 7,3%-i qədərdir.
Ayrı-ayrı investisiya şirkətlərində isə sözügedən nisbət fərqlidir. Belə ki, ötən ildən mənfəətlə çıxmış 7 investisiya şirkəti arasında aktivlərindən ən yaxşı istifadə edəni "BTB Kapital” olub. Onun əldə etdiyi xalis mənfəət aktivlərinin 14,7%-ni təşkil edib. Baxmayaraq ki, "BTB Kapital" aktivlərinin məbləğinə görə, ölkədə 6-cıdır.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Azfinance" tutub. Bu investisiya şirkəti 2020-ci ildə aktivlərinin 12,8%-i qədər xalis mənfəət əldə edib. Halbuki, "Azfinance" aktivlərinin məbləğinə görə, 8 investisiya şirkəti arasında 5-ci yerdə qərarlaşıb.
3-cü yerə isə "İnvest-AZ" sahib çıxıb. Bu investisiya şirkətinin ötənilki xalis mənfəəti aktivlərinin 9,9%-i qədər olub. Bu arada, "İnvest-AZ" aktivlərinin məbləğinə görə, investisiya şirkətləri arasında 4-cü yerdədir.
№ | İnvestisiya şirkətinin adı | Şirkətin ötənilki xalis mənfəətinin /zərərinin aktivlərinə nisbəti |
1 | BTB Kapital | 14,7% |
2 | Azfinance | 12,8% |
3 | İnvest-AZ | 9,9% |
4 | PAŞA Kapital | 8,6% |
5 | Xalq Kapital | 8,4% |
6 | PSG Kapital | 5,5% |
7 | Unicapital | 4,0% |
8 | Plato Capital and Co. | -36,4% |
9 | ABB-İnvest | - |
10 | CPM-Invest | - |
11 | MFX-Trading | - |
| Orta hesabla | 7,3% |
Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















