Mal-qaranın illik sığortası cəmi 30 manatdan başlayır – QİYMƏTLƏR AÇIQLANDI
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində kənd təsərrüfatı heyvanlarını – südlük inəkləri güzəştli şərtlərlə sığortalamaq mümkündür.
Aqrar sığorta qaydalarına əsasən, hazırda südlük inəklər 2 sığorta zərfi ilə sığortalanır. Bu zərflər üzrə sığorta tarifləri 6,1-9,5% arasında dəyişir.
Sığorta tarifi 6,1% olan baza zərfi kənd təsərrüfatı heyvanını bütün əsas risklərdən sığortalamağa imkan verir. 9,5%-lik sığorta zərfində isə heyvanlar daha geniş risklərdən sığortalanır.
Fermerlər bu tariflərlə hesablanmış sığorta haqlarının yalnız 50%-ni ödəyirlər, məbləğin digər 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyir.
Hazırda fermerlər aqrar sığorta vasitəsilə yerli cins, xaricdən gətirilmiş və süni mayalanma ilə alınmış bütün inəkləri sığorta edə bilərlər.
Sığorta tariflərini nəzərə aldıqda qiyməti 1000 manatdan başlayan südlük inəyin illik sığorta xərci fermerə cəmi 30 manata başa gələcək. Müxtəlif qiymətə olan inəklərin sığorta haqları (fermerin ödəyəcəyi məbləğ) aşağıdakı məbləğlərdən başlayır:
Qiyməti 1000 manat – sığorta haqqı 30-47 manat
Qiyməti 1500 manat – sığorta haqqı 46-71 manat
Qiyməti 2000 manat – sığorta haqqı 61-95 manat
Qiyməti 2500 manat – sığorta haqqı 76-119 manat
Qiyməti 3000 manat – sığorta haqqı 91-142 manat
Qiyməti 4000 manat – sığorta haqqı 122-190 manat
Qiyməti 5000 manat – sığorta haqqı 152-237 manat
Qiyməti 6000 manat – sığorta haqqı 183-285 manat
Xatırladaq ki, aqrar sığorta vasitəsilə heyvanlar yoluxucu xəstəliklər; ilan və ya həşərat sancması; zəhərli otlar və ya yemlərdən zəhərlənmə; təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu); yanğın; vəhşi heyvanların hücumu; üçüncü şəxslərin hərəkətləri kimi risklərdən sığortalanır.
Əlavə sığorta haqqı ödəməklə nəzərdə tutulmuş risklərlə yanaşı oğurluq, soyğunçuluq və quldurluq nəticəsində dəymiş zərərlərə də təminat verilə bilər.
Hazırda aqrar sığorta vasitəsilə yalnız südlük inəkləri sığortalamaq mümkündür.
Qarşıdakı aylarda sığortalanan kənd təsərrüfatı heyvanlarının siyahısının genişləndirilməsi nəzərdə tutulur. Bu siyahıya ətlik mal-qara, xırda buynuzlu heyvanlar (qoyun və keçi), eləcə də arı ailələri də daxil ediləcək.
Fermerlər və iş adamları kənd təsərrüfatı heyvanları üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş “Bitkiçilik kalkulyatoru” https://asf.gov.az/insurance-calculators/livestock-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər. Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-ni ödəyəcək, məbləğin qalan 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyəcək.
Qeyd edək ki, artıq südlük inəklərin sığortalanması üzrə ilk sığorta ödənişi həyata keçirilib. Yaxın vaxtlarda bu sığopta növü üzrə növbəti ödənişlər həyata keçiriləcək.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
- 47 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan-Oman Fondu Azərbaycan bankının yeni səhmlərini əldə edəcək
-
3 saat əvvəl
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Ən çox oxunanlar
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq
Axios: ABŞ İran nümayəndə heyətinə “ölkəni dərhal tərk edin” deyib
Cənubi Koreya Mərkəzi Bankı 13 ildən sonra qızıl alacaq























