TikTok-un sahibi Honq Konq birjasında satıla bilər
TikTok sosial şəbəkəsinə sahib olan Çinin ByteDance şirkəti, bu ilin sonunda və ya gələn ilin əvvəlində səhmlərini Honq Konq birjasına çıxarmağı (IPO - səhmlərin ilkin kütləvi yerləşdirilməsi) planlaşdırır.
Marja xəbər verir ki, bu barədə bazar günü İngiltərənin "Financial Times" qəzeti üç mənbəyə istinadən məlumat yayıb.
"ByteDance -dan sentyabr ayına qədər son tövsiyələri gözləyirik. Hal-hazırda bütün lazımi sənədləri Çin rəsmilərinə təqdim edirlər və [IPO -dan əvvəl] yoxlama prosedurundan keçirlər”, - qəzetin həmsöhbətlərindən biri deyib.
Onun sözlərinə görə, Çin səlahiyyətlilərinin tələbinə uyğun olaraq, ByteDance şirkəti müştəriləri haqqında məlumatları necə saxladığı və onların şəxsi məlumatlarının təhlükəsizliyini təmin etdiyi barədə ətraflı məlumat verməlidir.
Keçən il şirkət TikTok səhmlərini Nyu York birjasına çıxarmaq niyyətində olduğunu bildirmişdi. Bunun üçün, o vaxt ABŞ prezidenti olan Donald Tramp administrasiyasının tələbilə, ByteDance şirkəti sosial şəbəkənin Amerika seqmentini ABŞ-ın Oracle (Oracle) və Walmart (Walmart) şirkətlərinə satmalı idi. Lakin bu plan reallaşmadı və bu ilin iyun ayında Trampı əvəz edən Prezident Co Bayden, qoyulan məhdudiyyətlərin ləğv edilməsi haqqında fərman imzaladı. Əvvəlki ABŞ administrasiyasının TikTok ilə bağlı narahatlıqları istifadəçi məlumatlarını Çin səlahiyyətlilərinə ötürdüyü iddiaları ilə əlaqəli idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
40 d. əvvəl
Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək
-
50 d. əvvəl
“Fitch”: Cənub Qaz Dəhlizinin maliyyə vəziyyəti SOCAR-dan daha güclüdür
-
53 d. əvvəl
Anthropic-in baş direktoru: İnsanlar nəzarəti süni intellektə təhvil verməməlidirlər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
16 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azərbaycan neftinin son qiyməti
“PAŞA Həyat Sığorta”da növbədənkənar yığıncaq keçiriləcək
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
1,1 milyon insanın pensiyası artırılacaq

















.webp)




