Azərbaycanda qaz hasilatı 11,1 faiz artıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-iyul aylarında 27,5 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,6 faiz azalmış, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,4 faiz artmışdır.
Sənaye məhsulunun 62,7 faizi mədənçıxarma sektorunda, 31,3 faizi emal sektorunda, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 2,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 11,1 faiz artmışdır.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, əczaçılıq məhsullarının istehsalı 88,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 68,7 faiz, tütün məmulatlarının istehsalı 62,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 61,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 56,4 faiz, tikinti materiallarının istehsalı 46,7 faiz, elektrik avadanlıqlarının istehsalı 46,7 faiz, kağız və karton istehsalı 31,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 14,5 faiz, hazır metal məmulatlarının istehsalı 10,0 faiz, neft məhsullarının istehsalı 8,5 faiz, qida məhsullarının istehsalı 6,8 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,6 faiz, maşın və avadanlıqların istehsalı 4,8 faiz, içki istehsalı 1,8 faiz, geyim istehsalı 1,2 faiz artmış, kimya sənayesi məhsullarının istehsalı 3,7 faiz, mebel istehsalı 17,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,8 faiz, poliqrafiya məhsullarının istehsalı 50,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 71,3 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,7 faiz artmışdır.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
Qəzaların sayı avtomobil sığortası üzrə ödənişləri artırıb – “PAŞA Sığorta”dan 1 ayda 10 milyon manatdan çox ödəniş
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
- 20 d. əvvəl
-
50 d. əvvəl
Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir! ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank tərəfindən akseptsiz tutulma nədir, hansı hallarda tətbiq edilir?
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Epoint-ə yeni Baş İcraçı Direktor təyin edilib
Azərbaycan nefti bahalaşıb
Ən çox oxunanlar
Rəsmi məzənnəlır açıqlandı
Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb - təyyarə, radar və müdafiə sistemləri alınır
Azərbaycan 14 HÜRKUŞ-II təlim təyyarəsi alır
BMW-dən böyük ixtisar: rəhbər vəzifələrin 20%-i ləğv edilir





















