"bp Azərbaycan" Xəzər dənizində plastik tullantıların azaldılması işlərinə sponsor oldu
bp şirkəti Azərbaycan Coğrafiya Cəmiyyəti və Xəzər İnteqrasiyalı Elmi-Tədqiqat Şəbəkəsi (Caspian Integrated Scientific Network ) ilə əməkdaşlıqda “Xəzər dənizinə axan transsərhəd axınların plastik materiallardan təmizlənməsi” (CRİPTİC) layihəsinə qoşulub.
Şirkətin yaydığı məlumata görə, bu dəstək çərçivəsində bp 8 avqust 2021-ci il tarixində Neftçala rayonunda yerləşən layihənin pilot zonasında aparılmış ilk sahə işlərinə sponsorluq edib.
CRİPTİC layihəsinin məqsədi Xəzər dənizinə atılan plastik tullantıların azaldılması üçün regionda potensialın yaradılmasıdır. Layihə regionda maraqlı tərəfləri plastik tullantıların xəritələşdirilməsi və təmizlənməsi fəaliyyətlərinə cəlb etmək üçün bir sıra qabaqcıl rəqəmsal vasitələri maarifləndirici proqram və vətəndaş elmi ilə birləşdirəcək. Layihə çərçivəsində Kür çayının transsərhəd mənsəbi və ona bitişik sahilyanı ərazi plastik tullantıların xəritələşdirilməsi, aşkarlanması və təmizlənməsi baxımından pilot zona kimi nəzərdə tutulur.
CRİPTİC layihəsi bp-nin ətraf mühit problemlərinin idarə edilməsində öz səylərini yerli təşkilatların fəaliyyəti ilə birləşdirməsi üçün yaxşı bir imkandır və regiondakı insanlar üçün davamlı faydaların yaradılmasına kömək edir. Bu fəaliyyətlər insanların həyatını yaxşılaşdırmaq və planetimizə qayğı göstərmək məqsədi daşıyan dayanıqlı inkişaf çərçivəmizlə üst-üstə düşür.
bp-nin strategiyası və dayanıqlı inkişaf çərçivəsi haqqında ətraflı məlumat əldə edin.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
Qəzaların sayı avtomobil sığortası üzrə ödənişləri artırıb – “PAŞA Sığorta”dan 1 ayda 10 milyon manatdan çox ödəniş
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
- 23 d. əvvəl
-
53 d. əvvəl
Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir! ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank tərəfindən akseptsiz tutulma nədir, hansı hallarda tətbiq edilir?
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Epoint-ə yeni Baş İcraçı Direktor təyin edilib
Azərbaycan nefti bahalaşıb
Ən çox oxunanlar
Rəsmi məzənnəlır açıqlandı
Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb - təyyarə, radar və müdafiə sistemləri alınır
Azərbaycan 14 HÜRKUŞ-II təlim təyyarəsi alır
BMW-dən böyük ixtisar: rəhbər vəzifələrin 20%-i ləğv edilir
























