Hədiyyələr, suvenirlər alınması adı ilə 2,5 milyon manat mənimsəyiblər
Mənimsəmələr tenderlərdə süni şəkildə qalib elan edilməsi yolu ilə həyata keçirilib.Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib. Prokuror ittiham aktını elan edib.
İttihama görə, Xarici İşlər Nazirliyində Tender Komissiyasında işləyərkən F. Mollazadə və S. Əlizadə öz qulluq mənafeyindən istifadə edərək digərləri ilə birgə külli miqdarda dövlət vəsaitini mənimsəyiblər.
Qeyd olunub ki, istintaq araşdırmaları zamanı Fərhad Mollazadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, F.Mollazadənin və S.Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvət istənilərək almalarına dair məlumatlar əldə olunub.
Bundan başqa, təqsirləndirilən şəxslər qanunsuz əməllərini davam etdirərək dövlət vəsaitini təkrar olaraq mənimsəyiblər.
İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxslər müxtəlif firmalar vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər.
Sözügedən mənimsəmələr tenderlərdə süni şəkildə qalib elan edilməsi yolu ilə həyata keçirilib.
Bütün sübutları nəzərə alaraq təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib.
Daha sonra təqsirləndirilən şəxslər təqdim olunan ittihamlarla özlərini qismən təqsirli biliblər.
Prosesdə zərərçəkmiş qismində tanınan Xarici İşlər Nazirliyinin nümayəndəsi çıxış edərək dəymiş ziyanın tam ödənilməsini istəyib.
Şahid qismində bank əməkdaşı Rövşən Məmmədov şahid qismində ifadə verib.
R. Məmmədov ifadəsində Konsulluq İdarəsinin əməkdaşı Səlim Əlizadəni tanıdığını deyib: "Xarici İşlər Nazirliyində işləyən tanışım vasitəsi ilə Səlim Əlizadə ilə tanış olmuşam. Bundan sonra onu şirkətlərin rəhbərləri ilə tanış edirdim. Şirkət rəhbərləri Xarici İşlər Nazirliyi tərəfindən işlədiyim şirkətlərə köçürülən müxtəlif məbləğlərdə vəsaitləri nağdlaşdıraraq 90 faizini Səlim Əlizadəyə təqdim edirdilər."
Məhkəmədə şahid qismində ifadə verən Rza Hümbətəliyev də R. Məmmədovla eyni məzmunlu ifadə verib.
Proses avqustun 18-də divan etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib. Barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Lakin bir müddət sonra məhkəmə onları ev dustaqlığına buraxıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
Qəzaların sayı avtomobil sığortası üzrə ödənişləri artırıb – “PAŞA Sığorta”dan 1 ayda 10 milyon manatdan çox ödəniş
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
- 22 d. əvvəl
-
52 d. əvvəl
Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir! ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank tərəfindən akseptsiz tutulma nədir, hansı hallarda tətbiq edilir?
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Epoint-ə yeni Baş İcraçı Direktor təyin edilib
Azərbaycan nefti bahalaşıb
Ən çox oxunanlar
Rəsmi məzənnəlır açıqlandı
Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb - təyyarə, radar və müdafiə sistemləri alınır
Azərbaycan 14 HÜRKUŞ-II təlim təyyarəsi alır
BMW-dən böyük ixtisar: rəhbər vəzifələrin 20%-i ləğv edilir





















