Maliyyə Nazirliyi daxili borclanmada limitə yaxınlaşıb - 8 AYDA 1,3 MİLYARD MANATA YAXIN BORC ALDI
2021-ci ilin 8 ayında (yanvar-avqust) Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 1 milyard 270 milyon 417 min 573 manat cəlb edib. Bu da 2021-ci il üzrə 1,3 milyard manat olaraq təsdiq edilmiş daxili borclanma üzrə yuxarı həddə yaxındır.
Marja Bakı Fond Birjasına istinadən xəbər verir ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə cəlb edilən vəsaitin məbləği 2,1 dəfə artıb. 2020-ci ilin yanvar-avqust dövründə 607 milyon 808 min manatlıq dövlət istiqrazları yerləşdirilmişdi. Maliyyə Nazirliyi xarici borclarını daxili borclar ilə əvəzləməyə çalışır.
Dövlət istiqrazları ilə təkrar bazarın həcmi isə ötən ilin 8 ayındakı 333 milyon 207 min 355 manatdan cari ilin 8 ayında 670 milyon 937 min 581 manata yüksəlib (2 dəfə artıb).
"Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanunda 2021-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 milyard 300 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddi 1 milyard 200 milyon manat təsdiq edilib. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 1 milyard manat məbləğində təsdiq edilib.
2021-ci ildə dövlətin daxili və xarici borclarına xidmətlərlə bağlı xərcləri - daxili dövlət borcu üzrə 167 milyon 87 min manat (o cümlədən 160 milyon 76 min manatı faiz ödənişləri), xarici dövlət borcu üzrə 2 milyard 31 milyon 668 min manat (o cümlədən 466 milyon 269 min 539 manatı faiz ödənişləri) nəzərdə tutulub.

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















