Azərbaycanda məktəblər 22 sentyabrdan açılacaq - NAZİR BRİFİNQ KEÇİRDİ
Azərbaycanda məktəblərdə dərslər bir həftə gec başlayacaq. Belə ki, Sentyabrın 22-dən ibtidai siniflər, sentyabrın 29-dan yuxarı siniflər və tələbələr ənənəvi təhsilə başlayacaqlar.Azərbaycan məktəblərində ənənəvi təhsil mərhələlər ilə bərpa edilir.
Marja xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə bildirib.
"Növbəti tədris ilə əlaqədar verilmiş əsas qərar bundan ibarətdir ki, uzunmüddətli fasilədən sonra Azərbaycan təhsili nəhayət ki, ənənəvi, əyani təhsil formasına tədrisə qayıdır",- nazir deyib.
Nazir söyləyib ki, ənənəvi təhsilin bərpası mərhələlər ilə, 22 sentyabr 2021-ci il tarixindən etibarən bərpa ediləcək:
"22 Sentyabr tarixindən1-4-cü siniflər, 29 sentaybrdan 5-11-ci siniflər ümumtəhsil müəssisələrində, o cümlədən 29 sentyabr tarixindən ali təhsil müəssisələri, orta ixtisas, məktəbdənkənar təhsil müəssisələri və digər təhsil müəssisələri ənənəvi, əyani təhsilə qayıdırlar. Şagirdlərimiz, tələbələrimiz həftədə 5 dəfə, bəzi məktəblərdə 6 dəfə olmaqla üz-üzə təhsilə qayıdırlar".
Özəl məktəblər əyani tədrisi öz tədris planlarına əsasən özləri müəyyən edə bilərlər. Nazir bildirib ki, onlarda tədris müddəti daha uzun olur: “Məktəbləri tez açdıqda daha çox yoluxma olur deyə, qaydalar onlara da şamil edilir. Riskləri qiymətləndirib tədrisin başlamasını planlaya bilərlər. Özəl məktəblər daha kiçikdir, say etibarilə azdır. Onlar özləri qərara verib 1-2 həftə daha tez başlaya bilərlər. İstədikləri halda gec də başlaya bilərlər".
Nazir dərslərin gec başlanmasının səbəbini də açıqlayıb:
“Məktəblərin açılıb dərhal bağlanmasındansa davamlı fəaliyyəti təşkil etmək daha düzgündür. Bir həftəni digər tətil günləri ilə əvəzləmək olar. Savamlılıq baxımından bir qədər gözləyib, 1 həftə gec başlayırıq. 1 həftə ərzində vaksinasiya nəticəsində daha çox insanda immunitet yaranacağını düşünürük”.
Emin Əmrullayev qeyd edib ki, gundəlik yoluxanların 8 faizə qədərini şagirdlər təşkil edir. Gün ərzində 10 faizə qədər yoluxma məktəblərdə olan müəllim və şagirdlər arasında olur: “Növbəti həftələrdə proqnozlaşdırırıq ki, daha az yoluxma sayı görəcəyik".
"Bir şagird yoluxubsa, buna əsasən ümumi qapanmaya ehtiyac yoxdur"
“Distant və ya hibrid təhsil nazirliyin xüsusi sevimli forması deyil"
Bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.
Nazir bildirib ki, bu, ötən il ən optimal forma idi: “Ənənəvi təhsilə qayıtmaq o demək deyil ki , pandemiya bitib. Vaksinlənmə faizləri artdıqca vəziyyət yaxşıya doğru dəyişməlidir. Məktəblərdə yoluxma halları baş verəcəksə, məktəblər üzərindən həmin yerlərə uyğun qərar veriləcək. Bir şagird yoluxubsa, buna əsasən sistem üzərindən ümumi qapanmaya ehtiyac yoxdur".
"Vaksin sertifikatı təqdim etməyənlərə güzəşt etməyəcəyik"
Emin Əmrullayev, “Ali təhsil sistemində üzbəüz təhsilə keçiddə böyük auditoriyalarda mühazirələrin əleyhinəyik” deyərək çıxışına belə davam edib:
"Bununla bağlı qaydalar hazırlanır. Təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstəriş sertifikatını təqdim etməlidirlər. Bu, müəllimlərə də aiddir. Bununla bağlı hər hansı güzəşt etməyi planlaşdırmırıq".
"Valideynlərdən COVID-19 pasportu tələb etmirik"
"Valideynlərdən heç bir COVID-19 pasportu tələb etmirik", - Emin Əmrullayev brifinqdə bildirib.
Onun sözlərinə görə, pasportu olmayan valideynin övladının məktəbə buraxılmaması məsələsi yoxdur: "Ancaq məktəbin daxilinə girmək istəyən şəxsin pasportu olmalıdır.
“Universitetlərdə bufet və idman zalları mərhələli şəkildə açılacaq”
“Universitetlərdə bufet və idman zalları mərhələli şəkildə açılacaq
“Universitetlərdə tələbələrin COVID pasportlarının yoxlanılması ilə bağlı monitorinqlər aparılacaq", Emin Əmrullayev brifinqdə deyib.
Nazir bildirib ki, universitetlərdə bufet və idman zalları ilə bağlı mərhələli şəkildə açılmalara gediləcək: "Bu, qaydalarda öz əksini tapacaq. Daha az tələbə sayı az olan müəssisələrdə bu məsələlərə baxılacaq. Beləliklə, bufet və idman zallarının mərhələli şəkildə açılacağını düşünürük".
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
4 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
4 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
4 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
4 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür










.jpg)













