Gəncə sakini lotereyada 100 min manat qazandı
“Azərlotereya” ASC-nin təşkil etdiyi “Brilliant” ani lotereyasında 100. min manat dəyərində böyük uduşlardan biri Gəncə şəhər sakini tərəfindən qazanıldıb, növbəti 100. min manat və digər böyük uduşlar isə qaliblərini gözləyir.
“Azərlotereya” ASC-nin yeni satışa buraxılan ani lotereyaları - “Brilliant”, “Şans ulduzu” və “Qızıl” lotereya həvəskarlarını sevindirməyə davam edir. Satışa buraxılmasından qısa müddət - bir ay keçməsinə baxmayaraq irili-xırdalı uduşların qazanılması alıcılar tərəfindən sevinclə qarşılanır.
ASC-dən Marja-ya verilən məlumata görə, bu dəfə ən böyük uduş olan 100 min manat Gəncə şəhər sakini tərəfindən qazanılıb. 2 sentyabr 2021-ci il tarixi lotereyaların səyyar satışı ilə məşğul olan Fazil Əhmədov üçün əlamətdar günə çevrilib.
“Əvvəllər mənim satdığım lotereyalarda müxtəlif böyük uduşlar olmuşdu. Ancaq bu dəfə qazanılan 100 min manat ilk belə böyük uduş idi” - deyə Əhmədov söyləyir.
Lotereya həvəskarları böyük uduşlar, eləcə də “Brilliant” ani lotereyasında 100 min manat dəyərində uduş şansına hələ də malikdirlər. Yeni ani lotereyalar uduş fondu və böyük uduşların məbləğinə görə fərqlənir. Böyük uduşun “Brilliant” ani lotereyasında məbləği 100 min manat, “Qızıl” ani lotereyasında böyük uduş 25 min manat, “Şans ulduzu” ani lotereyasında 50 min manatdır.
Yeni ani lotereyaları satış nöqtələrində əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















