“İnvest-AZ”ın gəlirlərində böyük artım!
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC 2021-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 187 min 266 manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət ötən ilin eyni dövrünü 391 min 439 manat zərər ilə bağlamışdı.
Marja Şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, ötən ilin 1-ci yarısı ilə müqayisədə 2021-ci ilin 1-ci yarısında “İnvest-AZ”ın cəmi əsas əməliyyat gəliri 62% artaraq 1 milyon 363 min 14 manat təşkil edib. Şirkət ötən ilin 1-ci yarısında cəmi 842 min 305 manat cəmi gəlir əldə etmişdi. O cümlədən, “İnvest-AZ”ın xarici valyuta ilə dilinq əməliyyatlardan gəliri 2 dəfə artaraq 1 milyon 193 min 472 manata yüksəlib.
2021-ci ilin 1-ci yarısında "İnvest-AZ"ın 1 milyon 363 min 14 manat cəmi gəlirlərinə qarşı cəmi xərcləri 1 milyon 313 min 233 manat təşkil edib və nəticədə 49 min 781 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zmanada, məzənnə fərqindən 5 min 70 manat gəlir və 121 min 100 manat "digər gəlirlər" hesabına mənfəət 175 min 951 manata yüksəlib. Şirkət mənfəətindən 11 min 315 manat mənfəət vergisi ödəyib.
30 İyun 2021-ci il tarixində "İnvest-AZ" şirkəti 9 milyon 350 min manat cəmi aktivlərə, 2 milyon 787 min manat cəmi kapiatala və 6 milyon 563 min manat cəmi öhdəliklərə malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















