Dollar/TL məzənnəsi rekord yeniləyib
Türk Lirəsi Dollar qarşısında daha da dəyərdən düşüb.Dollar/TL məzənnəsi, cümə günü açıqlanacaq ABŞ-da məşğulluq məlumatından əvvəl 8,9728-ni görərək rekord yeniləyib.
Marja xəbər verir ki, ABŞ məşğulluq məlumatı açıqlanmamışdan əvvəl inkişaf edən ölkələrin pul vahidləri ucuzlaşıb, ən çox dəyər itirən pul vahidi 1%-dən çox itki ilə Türk lirəsi olub.
Fed-in qiymətli kağız alışını azaltması təqvimi üçün fokuslandığı əsas məlumat məşğulluqdur. Fed sədri Jerome Powell bildirib ki, məşğulluq stabil artmaqda davam edərsə Fed qiymətli kağız (istiqraz) alışlarını azaltmağa bu il başlaya bilər. Qiymətli kağız alışlarının azaldılması və ABŞ-da faizlərin yüksəlməsi inkişaf edən ölkə pul vahidləri üzərində təzyiqin artmasına səbəb ola bilər.
Türk Lirəsinin ucuzlaşmasına, "Reuters"in, Türkiyə Przidenti Rəcəb Tayyib Ərdoğanın Mərkəzi Bankın sədri Şahap Kavcıoğluna güvəninin azaldığına dair xəbərinin də təsiri olduğu bildirilir.
Qeyd edək ki, bir toplantıda çıxış etmiş Kavcıoğlu, məzənnədəki yüksəlişin ABŞ dollarının gücü ilə əlaqədar olduğunu və faiz artıran ölkələrdə də dolların yüksəldiyini bildirib.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
16 d. əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikilir
- 59 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 1 saat əvvəl
-
1 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
-
1 saat əvvəl
“AzerGold”un ixracdan gəliri 32,6 milyon dollar artıb – 180 milyon dolları keçib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikilir
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Alüminium ixracında dövlət şirkətindən güclü artım
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
Ən çox oxunanlar
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
Aviaşirkətin ixracında kəskin sıçrayış
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur


























