Azərbaycana indiyədək nə qədər koronavirus peyvəndi gətirildiyi açıqlanıb
"Azərbaycana ümumilikdə 318 min doza "Pfizer" vaksini gətirilib".
Bunu açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Nazir müavini bildirib ki, ilk olaraq ölkəyə 218 min doza “Pfizer” vaksini gətirilmişdi, sonradan 100 min doza da gətirilib: ""Pfizer" vaksininin yenə gətirilməsi nəzərdə tutulur. Bundan başqa, Azərbaycana ümumilikdə 12 milyon doza "SinoVac", 200 min doza "Sputnik V" vaksini gətirilib. Təxminən 82 min doza "AstraZeneca" peyvəndi də əlavə olaraq gətirilib".
Nazir müavini qeyd edib ki, bu gün Bakıda fəaliyyət göstərən bütün peyvənd məntəqələrində boş yerlər var: "Əhali problem yaşamır. Əvvəl müəyyən qədər problem var idi. Məntəqələr az idi. Məntəqələrin sayı çoxalandan sonra heç bir problem yoxdur".
“Azərbaycanda 3 milyona yaxın vaksin ehtiyatı var"
“Azərbaycanda 3 milyona yaxın vaksin ehtiyatı var. Əhalinin vaksinasiyası üçün kifayət qədər peyvənd məntəqəsi yaratmışıq”.
Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
O deyib ki, bu isə kifayət qədər tibb işçisi cəlb olunub: “Əhaliyə bir daha müraciət edirəm ki, gəlib peyvənd olunsunlar. Peyvənd əhali üçündür”. Sizin vasitəsilə əhaliyə bir daha müraciət edirəm”.
Həmçinin oxu
Azərbaycana yeni növ vaksin gətirilməsi gözlənilmirSəhiyyə nazirinin müavini Viktor Qasımov vaxtı bitmiş peyvənd məsələsinə münasibət bildirib.
Nazir müavini açıqlamasında bildirib ki, hansı peyvəndlərin istifadə tarixi bitirsə, onlar istifadədən götürülür: "İndiyədək müəyyən qədər belə peyvənd olub. Bu məsələ daim nəzarətdədir. Çünki peyvəndin saxlama müddəti çox böyük rol oynayır. Ona görə bu məsələ xüsusi diqqətə götürülür".
"Növbəti mərhələdə digər əhali kontingenti də 3-cü doza peyvəndə cəlb olunacaq"
“3-cü doza(buster) vaksin gücləndirici peyvənddir. Əlbəttə ki, onun kifayət qədər lazımlı olduğu öz təsdiqini tapıb”.
Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
O deyib ki, onu vurdurandan sonra immunitet xeyli artır: “Ona görə tövsiyə etmişik ki, ilk növbədə 60 yaşdan yuxarı əhali və risk qrupuna daxil olanlar bu dozanı vurdursunlar. Növbəti mərhələdə digər əhali kontingenti də buna cəlb olunacaq”.
"Azərbaycanda 5 milyona qədər vətəndaş vaksinasiyadan keçib"
“COVID-19 pandemiyası bütün dünya üçün bəlaya çevrilib. Artıq iki ilə yaxındır bu şəraitdə yaşayırıq. Heç bir ölkənin səhiyyə sistemi buna tab gətirə bilməzdi. Buna görə əməkdaşlıq böyük önəm daşıyır”.
Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
O göstərilən yardıma görə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatına təşəkkür edib: “Azərbaycan özü də kifayət qədər iş görüb. Səhiyyənin maddi-texniki bazası gücləndirilib. Fərdi vasitələri istehsal edən müəssisələr yaradılıb. Azərbaycan regionda vaksinasiyaya ilk başlayan ölkələrdən biridir. Vaksinasiya çox geniş sürətlə davam etdirilir. Artıq əhalinin 5 milyona qədəri vaksinasiyadan keçib”.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 d. əvvəl
- 14 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI



























