Səhm alıb-satanlar “İnvestAZ”ı seçir – BAZARIN LİDERİ OLDU
2021-ci ilin yanvar-sentyabr ayları üzrə Bakı Fond Birjasında ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi hesabatına görə, “İnvestAZ İnvestisiya Şirkəti” QSC səhm bazarında həyata keçirdiyi əməliyyatların cəmi məbləğinə görə 10 investisiya şirkəti arasında 1-ci yeri tutub.
Marja.az Bakı Fond Birjasınn hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayında səhm bazarında cəmi 37 milyon 115 min 977 manatlıq cəmi dövriyyə (ticarət) qeydə alınıb. Dövriyyənin 37%-i və ya 13 milyon 868 min 167 manatı “İnvestAZ” vasitəsilə baş tutub.
“İnvestAZ” Korporativ istiqrazlar bazarında isə 160 milyon 171 min 787 manat dövriyyə ilə investisiya şirkətləri arasında 2-ci yerdədir.
Eyni zamanda,“İnvestAZ” əməliyyatların sayına görə 3 investisiya şirkətindən biridir.
“İnvestAZ” Azərbaycanın müxtəlif sektorlarında fəaliyyət göstərən şirkət və səhmdar cəmiyyətlərin səhmlərinə, istiqrazlarına yatırım imkanları təqdim edir. Şirkət anderraytinq, vasitəçilik və məsləhətçilik xidmətləri də göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















