Rusiya şirkətləri Qarabağın bərpasında iştirakla bağlı müraciət edib
“Azərbaycanla Rusiya arasında bütün sahələrdə əlaqələr inkişaf edir”.
Bunu iqtisadiyyat nazirinin müavini Elnur Aydınov Rusiya işgüzar missiyasının iştirakı ilə Bakıda keçirilən “Ağıllı şəhər” mövzusunda tədbirdə deyib.
“Bu kimi tədbirlər əlaqələrin inkişafında mühüm rol oynayır. Bu ilin iyul ayında biz Rusiyadan Azərbaycana biznes missiyanı qəbul etdik. Həmin ərəfədə potensial layihələrlə bağlı müzakirələr aparılıb, Rusiyaya məxsus “KamAZ” ASC ilə Azərbaycana məxsus “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi arasında müqavilə imzalanıb. Bu il oktyabrın 4-də isə Prezident İlham Əliyev Cəbrayıl rayonunda Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Albert Kərimovla birlikdə “Araz Vadisi İqtisadi Zonası”nın ilk rezidenti - “KamAZ” servis mərkəzinin təməlini qoyub. Burada yalnız "KamAz" markalı yük maşınlarına xidmət edilməyəcək, bütün yük avtomobillərinə, həmçinin aqrar texnikalara xidmət göstəriləcək. Hazırda həmin layihənin biznes planı hazırlanır”, - deyə o qeyd edib.
Nazir müavini vurğulayıb ki, Pezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük müharibə ilə 30 il davam edən işğala son qoyub: “Hazırda bizim ölkə üçün prioritet uzun illər davam edən işğal nəticəsində dağıdılmış ərazilərimizin bərpası, həmçinin, əhalinin ora qayıtması üçün lazımi şəraitin yaradılmasıdır. Bu məqsədlə böyük bərpa işləri həyata keçirilir. Prezidentin dediyi kimi, Azərbaycan dost ölkələri bu prosesdə görməyə şaddır. Bu kontekstdə Rusiya şirkətlərinin isgaldan azad edilmiş ərazilərin bərpasında iştirakı məqsədlərimizə çatmaqda əlavə impuls verərdi. Bu ay Rusiya şirkətlərindən Qarabağın bərpası ilə bağlı sorğu daxil olub”.
Bundan başqa, onun sözlərinə görə, Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsi icra edilir və proses yekunlaşmaq üzrədir: “Layihə “Ağıllı kənd”in bütün elementləri üzrə icra edilir. Növbəti ilin əvvəlində mərhələli şəkildə əhalinin həmin kəndə köçürülməsi planlaşdırılır. Həmçinin, işğaldan azad edilmiş digər ərazilərdə də “Ağıllı kənd” layihələrinin icrası nəzərdə tutulur. Artıq bu çərçivədə işlər həyata keçirilir".
Telegramda Marja.az səhifəsinə abunə olun
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















