Ərdoğan faizdən danışdı, Türk Lirəsi daha da ucuzlaşdı
Rəhbərlik etdiyi Partiyanın (AK Parti) Qrup yığıncağında çıxış etmiş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, "milləti faizə əzdirməyəcəyik. Faiz bəlasını millətin kürəyindən qaldıracağıq" deyib.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Partiyasının Qrup yığıncağında iqtisadiyyata dair açıqlamalar verirb.
Marja xəbər verir ki, Ərdoğan inkişaf etmiş ölkələrin böyük iqtisadi böhranının astanasında olduğunu, bunun ardınca ictimai və siyasi böhranların da yaranacağını bildirib. Ərdoğan, "Biz güclü infrastrukturumuz, istehsalımız və məşğulluğumuzla yaxşı bir yerdə dayanırıq" deyib.
Faizin səbəb, inflyasiyanın nəticə olduğu ifadəsini təkrarlayan Ərdoğan "biz faiz bəlasını bu millətin kürəyindən qaldıracağıq" deyib.
Ərdoğan sözlərini belə davam etdirib: "Millətimizi faizin altında əzilməsinə imkan verməyəcəyik. Bunun başqa çıxışı ola bilməz. Faizi müdafiə edənlər qüsura baxmasınlar, mən faizi müdafiə edənlə birlikdə ola bilmərəm. Bu vəzifədə olduğum müddətdə faizlə mübarizəmi davam etdirəcəyəm.
Dünyaya baxaq, ABŞ-a, Qərbə, İsrailə baxın. Bütün bunlarda faizlər aşağı salınıb, bizim yoldaşlarımıza nə olur ki, faizi müdafiə edirlər?!
TÜSİAD və s. bir araya gəlib yüksək faizdən bəhs edirlər. Əgər sən sərmayə tərəfdarısansa, buyurun sizə aşağı faizlə kredit. O zaman qaçırlar."
18 Noyabr 2021-ci il tarixində Türkiyə Mərkəzi Bankının növbəti iclası keçiriləcək. Türkiyədə illlik inflyasiyanın 20%-ə yaxın olmasına baxmayaraq Mərkəzi Bankın Ərdoğanın təzyiqi ilə faizini daha da aşağı salacağı gözlənilir. Ərdoğanın bugünkü çıxışı Mərkəzi Bankın faiz endirimi edəcəyi ehtimalını daha da gücləndirib. Bununla əlaqədar olaraq Türk Lirəsi dəyərdən düşür. Ərdoğanın çıxışından sonra Dollar/TL məzənnəsi 10,56 səviyyəsini keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















