ARDNF gələn il 15 milyon manatdan çox maaş ödəyəcək
2022-ci il üçün Dövlət Neft Fondunun büdcə layihəsində Fondun idarə edilməsi ilə bağlı xərclərində əvvəliki illərə nisbətdə artım müşahidə edilmiş, artımın səbəbi kimi Əməyin ödənişi fondunun artırılması olmuşdur.
Marja.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin layihəsinə rəyində bildirilir.
Qeyd edilib ki, 2022-ci il üçün Dövlət Neft Fondunun büdcə layihəsində Fondun idarə edilməsi ilə bağlı ümumi xərcləri 33 milyon 988,6 min manat məbləğində olması proqnozlaşdırılır ki, bu da 2020-ci ilin müvafiq icra göstəricisindən 12,8 milyon manat və ya 60,4% çox, 2021-ci ilin proqnoz göstəricisindən 5,1 milyon manat və ya 17,6% və gözlənilən icra göstəricisindən 11,1 milyon manat və ya 48,4% çoxdur.
ARDNF-in gələnilki xərclərinin 15 milyon 348 min manatını və yaxud təxminən 44%-ni əməyin ödənişi xərcləri təşkil edəcək. Fond satınalmalara 15 milyon 242 min manat, sosial ödənişlərə 61 min manat, qeyri-maliyyə aktivlərinə isə 3 milyon 338 min manat xərcləyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















