Dövlət istiqrazlar ilə daha çox borc alıb - 30 FAİZƏ YAXIN ARTIM
2021-ci ildə Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 1 milyard 497 milyon 325 min manat cəlb edir.
Marja Bakı Fond Birjasına istinadən xəbər verir ki, dövlət istiqrazlarının yerləşdirilməsi 2021-ci ildə 2020-ci illə müqayisədə 334 milyon 130 min manat və ya 28,7% artıb.
Maliyyə Nazirliyi 2020-ci ildə dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 1 milyard 163 milyon 195 min manat cəlb etmişdi.
2021-ci ildə dövlət istiqrazları ilə təkrar bazarın həcmi 955 milyon 373 min manat təşkil edib. 2020-ci ildə dövlət istiqrazları ilə təkrar bazarın həcmi 520 milyon 938 min manat olmuşdu (1,8 dəfə artıb).
Dövlət istiqrazları ilə repo əməliyyatları isə 2020-ci ildə 1 milyard 941 milyon 87 min manat ikən, 2021-ci ildə 6 milyard 834 milyon 180 min manata yüksəlib (3,5 dəfə artıb).
Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsi kəsirinin (3 milyard 63 milyon manat ) maliyyələşməsi və 2022-ci ildə ödənilməli olan borc öhdəliklərinin yerinə yetirilməsi 2 milyard manat həcmində borclanma tələb edir.
Dövlət istiqrazları ilə cəlb edilən vəsaitin artması daxili borclara xidmət xərclərində əhəmiyyətli artıma səbəb olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 6 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















