Dövlət Neft Fondu yanvarda neft və qazdan 833 milyon dollardan çox gəlir əldə edib
Yanvarda Azərbaycan Dövlət Neft Fondu neft və qazdan 833 milyon dollardan çox gəlir əldə edib. İndiyədək Fondun gəlirləri isə 160 milyard olları keçib!Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 01 Fevral 2022-ci il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə əldə edilən gəlirləri açıqlayıb.
Marja Fonda istinadən xəbər verir ki, 2001-ci ildən etibarən AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 156 milyard 56 milyon ABŞ dollarına çatıb.
Fond tərəfindən 2022-ci ildin Yanvar ayında (01.01.2022-01.02.2022 tarixinə) AÇG yatağından 683 milyon 114 min ABŞ dolları gəlir əldə edilib.
2007-ci ildən etibarən Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 4 milyard 701 milyon ABŞ dolları təşkil edib.
Cari ilin yanvar ayında Şahdəniz yatağından (qaz və kondensat) 149 milyon 899 min ABŞ dolları, o cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından 22 milyon 172 min ABŞ dolları gəlir əldə edilib.
Yanvar ayında AÇG və Şahdəniz yataqlarından cəmi gəlirlər 833 milyon 13 min dollar təşkil edib. İndiyədək AÇG və Şahdəniz yataqları üzrə əldə olunan ümumi gəlirlər 160 milyard 757 milyon dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 6 saat sonra
-
7 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















