Azərbaycan iqtisadiyyatına yatırılan sərmayə azalıb
2022-ci ilin yanvar ayında əsas kapitala 658,1 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 11,1 faiz az vəsait yönəldilmişdir.
Dövlət Statistika Komitəinin yaydığı məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12,7 faiz azalmışdır.
İstifadə olunmuş vəsaitin 474,9 milyon manatı və ya 72,2 faizi məhsul istehsalı sahələrinə, 125,0 milyon manatı (19,0 faizi) xidmət sahələrinə, 58,2 milyon manatı (8,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 362,0 milyon manatını və ya 55,0 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 399,6 milyon manatı və ya 60,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 83,1 faiz, əhalinin şəxsi vəsaitləri 9,6 faiz, büdcə vəsaitləri 3,5 faiz, sair vəsaitlər 3,1 faiz, bank kreditləri isə 0,7 faiz təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 7 saat sonra
-
7 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















